Ədalət Şükürov - Nərmin paroles de chanson

paroles de chanson Nərmin - Ədalət Şükürov




göyərçin kimi rəqs edir yenə
Hamı heyran qalıbdı gözəlliyinə
Gəlincik düşməyir heç vaxt əlindən
Doymaq olmur onun şirin dilindən
Əzizləsən, gözlər nazla süzülər
Qəlbinə dəyməyin, dodaq büzülər
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Bu həyat bir məktəb, öyrənən bilər
Sirrin duya bilsən, taleyin gülər
Sən nazlı qönçəsən bizim baharın
Səadətlə dolsun ömür yolların
Gün o gün olsun ki, gəlin köçəsən
Bizi gözü dolu sevindirəsən
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Sevincisən ailənin, xoş arzususan
Səslənəndə səsin hamı deyir: "Can"
Bu həyatda sənə yaraşır gülmək
Ürək dolu sevinc bizə gətirmək
Ən böyük arzuna, balam, çatasan
Səni sevənlər üçün fərəh olasan
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Gözəllikdə, elə bil mələksən, Nərmin
Sən ülvi bir arzusan, diləksən, Nərmin
Sevincin tükənməsin həyatda sənin
Solmayan bir çiçəksən, baharsan, Nərmin
Solmayan bir çiçəksən, baharsan, Nərmin



Writer(s): Elçin Imanov, İsmayil Dadaşov


Attention! N'hésitez pas à laisser des commentaires.