Mc B.u.S - Köhnə Gitarist текст песни

Текст песни Köhnə Gitarist - Mc B.u.S



Əlimdə silahım sənədim
Hər yolu dənədim, olmadı
Qırıldı qənədim
Axı niyə belədir bu dünyanın işi?
Yerim beşik, bir qəbir
Rahatçılıq, orada evim-eşiyim
Suallar elə bil goreşən kimidir
Ölmüşəm, qəbirdə məni eşir
Ağrıyır barmaqlarım
Ağlayır gitaramın telləri
Bağlayıb kitabımı
Dünyanın bu sərt əsən yelləri
Əyibdir boynumu kədər
Qurudub boğazı qəhər
Heç nəyə qalmayıb həvəs
Yəqin ki, bu imiş qədər
Evimə gətirin şənlik, yaman səssizdir
Ruhum həvəssizdir hər şeyə qarşı
Evimə gətirin şənlik, yaman səssizdir
Ruhum həvəssizdir hər şeyə qarşı
Gözlərimin önündən getmir
İtirdiyim adamlar
İtirdiyim zamanlar
Nələr itirmişəm, aman Allah
Ayaqlarımın gücü yoxdur
Bədənimin taqəti qalmayıb
Hər şeyi alın, aparın məndən
Bircə musiqini aparmayın
Evimə gətirin şənlik, yaman səssizdir
Ruhum həvəssizdir hər şeyə qarşı
Evimə gətirin şənlik, yaman səssizdir
Ruhum həvəssizdir hər şeyə qarşı




Mc B.u.S - Köhnə Gitarist - Single
Альбом Köhnə Gitarist - Single
дата релиза
06-01-2025




Внимание! Не стесняйтесь оставлять отзывы.