Ali Ashikar feat. Rua - Uçurtma текст песни

Текст песни Uçurtma - Ali Ashikar feat. Rua



Bağlanıb ən dərinə enə bilərəm
Baxanda əllərinə elə ki, denən
Bəs nələr çalır, bəstələr
Amma hər səhər olur, tərs nəsə
Ətrin gələndə döngədən
Mən hiss edirəm hələ öncədən
Indi səbəb deyil bax dönub gedən
Son söz geri qalanını ömür elə
Nəysə bitib artiq nəysə
Göz qapağlarım yumulur tək sənə
Mən layiq olmadım heç əhsənə
Kaş ki bizi ayıranlar ölsələr
Biri var desəm ki ölər səsinlə
Diri yanır elə adam özləməsiylə
Sevən birinə hələ döz deməsinlər
Gedin ona deyin heç gözləməsində
Bilənlər bilir söz eləməsinlər
Çətin ki, aramız gözləmə isinər
Daş ürəkliyəm mən gizlənib hisslər
Şair adamı sevmək ürək istər
Ovuclarımdan uçub gedən bir uçurtma
Getsən əgər yol alaram yolumun üstü uçuruma
Əl - ələ gedək gəzək hər kəs görüb qısqanar
Bəs nələr çalır bəstələr
Amma hər səhər olur tərs nəsə
Bağlanıb ən dərinə enə bilərəm
Baxanda gözlərinə deyə bilərəm
Bax hədər oldu bəstələr
Amma hər səhər olur tərs nəsə
Dolandı zaman əqrəb dönürdü soldan sona
Şeirlərim sənə məndən qalan sevə bilməmişəm heç ondan sonra
Gözlər kimi yollar məni belə aparır hara
Gəl ey səhər gəl ki oyansın nurlu günəş yerə başdan sona
Onu sevirdim uşaqlıqdan
Sevgi nədir belə bilmədən özümdə
Gözdən öpmək ayrılıq salır
Bilməmişdim ilk öpəndə gözündən
Elədə çox şey ağlımda deyil
Bəzi şeylərdə düzəlmir ki,
Mən incidərdim sən küsərdin
Həmin anda da mənə tökərdin kin
Ovuclarımdan uçub gedən bir uçurtma
Getsən əgər yol alaram yolumun üstü uçuruma
Əl ələ gedək gəzək hər kəs görüb qısqanar
Bəs nələr çalır bəstələr
Amma hər səhər olur tərs nəsə



Авторы: Ali Alasgarov


Ali Ashikar feat. Rua - Uçurtma (feat. Rua) - Single
Альбом Uçurtma (feat. Rua) - Single
дата релиза
01-03-2017



Внимание! Не стесняйтесь оставлять отзывы.