Badclause - Sən Heç Ona Bənzəməsən Də текст песни

Текст песни Sən Heç Ona Bənzəməsən Də - Badclause




Bir ev var idi, o evdə biri var idi, biri yox
Biri yaş idi, biri toz, biri ilk idi, biri son
İtirmişdi izi yol, axı tapa bilmədim onu
Yox!
Amma sevdim səni mən, sən heç ona bənzəməsən
Mənə görə bəzənməsən gəl, gözümün üstü sənin
Kimə görə bəzənmisənsə, o kəs üzdü səni
Sənsizliyi üzümə vurdu güzgülərim
yordu hüznün məni, sən heç cür ona bənzəməsən
Mən "getmə" deyirdim, sən gözləməliydin
"Sevmə" deyirdin, düzdür, sevməməliydim
Amma mən həmişə sanırdım ki, əbədi könlündəyəm
İllər sonra önündəyəm, həminki adama bənzəməsəm
Yaşadım hər günü sənlə, yaşadıb xatirələrdə
Gedəndə demişdin ki, ətri gözəl hər gülü dərmə
İnan ki, sənlə ağlamaz vaxtsa, sənlə gülənlər
Olma hər kəs kimi, özgələrinə bənzəmə sən
Ömrümdən ömrümü alıb
Getsən dönməsən mənə
Özgəsində könlüm qalıb
Sən heç ona bənzəməsən
Yaşanmışdı gör nələr-nələr
Gözlərində "əlvida" nədən?
Sevdim səni gizlədikcə mən
Sən heç ona bənzəməsən
Bir ev var idi, o evdə biri var idi, biri yox
Bir yer var idi, o yerdə ayırmışdı bizi yol
Gözəl yar idi, sevərdi istədiyim kimi o
Sən sevirsən məni, ona bənzəməsən
Bu könül istəsə belə səndən ayrı qala bilməz
Su tökər hisslərim ardınca, de gəl dinə bilməz
Qədrimi bilə bilməz, sən kimi sevə bilməz
Sən kimi sevə bilsəm kaş, sən heç ona bənzəməsən
Yaraşmırdı barmağına üzük, əyninə gəlinlik
Yarışmırdı saniyələr, sənlikdir, mənlik
Bitdi bir dəfəlik, ayrılmaq istəməsək
Sən mənə çox yaraşırsan ona heç bənzəməsən
Əlimdə dəstə güllər gəlmişəm ki, könlün alım
Gör qədər zaman keçib, daha eləmişik ömrü yarı
Bircə söz de, qalım, bu ürək közdə yanır
Sevərəm səni sənin qədər, sən heç ona bənzəməsən
Ömrümdən ömrümü alıb
Getsən dönməsən mənə
Özgəsində könlüm qalıb
Sən heç ona bənzəməsən
Yaşanmışdı gör nələr-nələr
Gözlərində "əlvida" nədən?
Sevdim səni gizlədikcə mən
Sən heç ona bənzəməsən




Badclause - Sən Heç Ona Bənzəməsən Də
Альбом Sən Heç Ona Bənzəməsən Də
дата релиза
01-02-2018




Внимание! Не стесняйтесь оставлять отзывы.