Dəyirman - Yetim текст песни

Текст песни Yetim - Dəyirman




Mən hələ balaca olanda atdı məni ana
(Ay ana, ana)
Atam oğurluğa görə yatıb türmələrdə
(Ay ata, ata)
Bütün uşaqlığım keçib ögey evlərdə
(Uşaq evlərində)
Uşaq yuxularım keçdi dəmir "кровать"larda
Xəstələnəndə, ağlayanda
Harada idin, ay qəddar ana?
Ay ana, tək səni tapsa idim
dərdim olaydı həyatımda?
Bax belə böyüdüm, sonra müharibə
Ayaqlarım getdi nəyə görə?
(Əbəs yerə)
Ömrüm-günüm keçir indi küçələrdə
(Keçidlərdə)
Yox, mən ağlamıram, bu ki yağışdır
Yox, mən ağrımıram, bu ki baxışdır
Yox, mən dinləmirəm, mən axtarıram
Mənim evim var, anamdan soruşun
Ac qarnına yenə rep kimi yadına düşüb
Şair təbə gəlib, pulun dadına düşüb
Bal dodağına düşüb dildə isə acı yalan
Çətin, başa düşər birini tox ac olan
Pula möhtac olan, ehtiyacı olan
Uzadan papağını başında tac olan
Əgər həyat bir dənədir, nədir yerdə qalan?
Onsuz da buranı tərk edəcək hər yerdə qalan
Həm evdə qalan, həm küçədə qalan
Soyuqdan donan, kimsəsiz olan
Ey, birtəhər dolan
Gecələr fikirdən ötrü yata bilmirəm
Arzularım çoxdur, onlara çata bilmirəm
Pul tapa bilmirəm, ata da bilmirəm
Çünki bacarmıram, istəmirəm
Bu həyatda heç kimdən kömək gözləmirəm
Allahdan başqa
Yox, mən ağlamıram, bu ki yağışdır
Yox, mən ağrımıram, bu ki baxışdır
Yox, mən dinləmirəm, mən axtarıram
Mənim evim var, anamdan soruşun
İndi mənə doğmadır
Şəhərin bütün küçələri
(Can Bakı, Bakı)
O küçədən bu küçəyə
Qovur polis məni
(İti qovan kimi)
Dilənçi, yetim, murdar qoşurlar cürbəcür adlar
Ayaqlarım da olmasa, mənim adım var
(Millətim var)
Yolu keçən uşaq mənə ağız əyir
Ana qulağını çəkir
("İraq bizdən",-deyir)
Hər şey istədiyim kimi deyil, bilən bilir



Авторы: Elmir Məhərrəmov, Malik Kələntərli, Miryusif Mirbabayev, Rafiq Hacıyev



Внимание! Не стесняйтесь оставлять отзывы.