Eldar Mansurov feat. Yalçın Rzazadə - Nəyimə Gərək текст песни

Текст песни Nəyimə Gərək - Eldar Mansurov feat. Gülaga Məmmədov




Məhəbbət yaranıb həsrətlə qoşa
Mən elə bilirdim, görüşərik biz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Qopub tənhalığın buz dünyasından
Hicran qapısını qırar sevgimiz
Səni soraqlayır sevdalı anlar
Sevgi həsrəti ilə döyünür ürək
Dünya sevincdədir, könlüm ümiddə
Verdiyin qəm-qüssə nəyimə gərək?
Ötən günlər üçün çox darıxmışam
Onlar itib gedib bu yer üzündən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Görüş yerimizə gəlib hər axşam
Təskinlik tapıram sənin izindən
Ömrümün sevdalı bahar çağında
Səni arzulayır hər arzu-dilək
Son qoy bu hicrana, bu ayrılığa
Sənsiz ötən günlər nəyimə gərək?



Авторы: Eldar Mansurov, Ismayıl Dadaşov


Eldar Mansurov feat. Yalçın Rzazadə - Eldar Mansurovun Mahnıları
Альбом Eldar Mansurovun Mahnıları
дата релиза
25-02-2021



Внимание! Не стесняйтесь оставлять отзывы.