Elnarə Xəlilova - Gözəl Şuşa текст песни

Текст песни Gözəl Şuşa - Elnarə Xəlilova




Səni hər görəndə tanımaq olmur, a Şuşa
İldə bir qərinə cavanlaşırsan
Səni hər görəndə tanımaq olmur, a Şuşam
İldə bir qərinə cavanlaşırsan
Sən cavan hüsnünlə qoca dağlara, ay aman
Mehriban şəhərim, çox yaraşırsan
Sən cavan hüsnünlə qoca dağlara, ay aman
Mehriban şəhərim, çox yaraşırsan
Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam
Qoy yenə seyr edim Cıdır düzündən, ay aman
Füsunkar gözəli hər səhər-axşam
Qoy yenə seyr edim Cıdır düzündən, ay aman
Füsunkar gözəli hər səhər-axşam
Sevgilim küssə mənim sözümdən, ay aman
Mən deyə bilmərəm, səndən doymuşam
Sevgilim küssə mənim sözümdən, ay aman
Mən deyə bilmərəm, səndən doymuşam
Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam
Harada dağ görürəm, gözüm önündə, ay aman
Şuşanın dağları gəlib dayanır
Harada dağ görürəm, gözüm önündə, ay aman
Şuşanın dağları gəlib dayanır
Hər söhbət düşəndə cah-cəlalından, ay aman
Qəlbimdə min yeni arzu oyanır
Hər söhbət düşəndə cah-cəlalından, ay aman
Qəlbimdə min yeni arzu oyanır
Hər yay sənin yaylağına
Uçub gələn azad quşam
gözəlsən, mənim Şuşam
Cəlalına vurulmuşam
gözəlsən, mənim Şuşam





Внимание! Не стесняйтесь оставлять отзывы.