Текст песни Ürək Ağlasın - Elnur Məmmədov , Aysel Elizade
Hər səhər, hər axşam yollara baxıb
İzlədim gəldiyin yolları bir-bir
Dilimin sözləri qəlbimdə qalıb
Nə deyim, nə edim? Yanır ürəyim
Hər kəsin payına bir sevgi düşər
Sevgi həsrətiylə baxdı gözlərim
Sən elə bilmə ki, bilmədim bunu
Nə deyim, nə edim? Yanır ürəyim
Nakam eşqə baxıb ürək ağlasın
İnsanlar dərdimi görüb ağlasın
A-a-ah, bircə əllərindən tuta bilsəydim
Razıyam, sevincdən gözlər ağlasın
Nakam eşqə baxıb ürək ağlasın
İnsanlar dərdimi görüb ağlasın
A-a-ah, bircə əllərimdən tuta bilsəydin
Razıyam, sevincdən gözlər ağlasın
Əl açıb Tanrıdan necə diləyim?
Səni bəxş eləsin ömrümə mənim
Mənimtək sınmasın sənin taleyin
Nə deyim, nə edim? Yanır ürəyim
Sənin gözlərində kədəri görüb
Kədərə vuruldum, oldun istəyim
Qoyma, sənsizlikdə tənha qalım
Nə deyim, nə edim? Yanır ürəyim
Nakam eşqə baxıb ürək ağlasın
İnsanlar dərdimi görüb ağlasın
A-a-ah, bircə əllərindən tuta bilsəydim
Razıyam, sevincdən gözlər ağlasın
Nakam eşqə baxıb ürək ağlasın
İnsanlar dərdimi görüb ağlasın
A-a-ah, bircə əllərimdən tuta bilsəydin
Razıyam, sevincdən gözlər ağlasın
Nakam eşqə baxıb ürək ağlasın
İnsanlar dərdimi görüb ağlasın
A-a-ah, bircə əllərindən tuta bilsəydim
Razıyam, sevincdən gözlər ağlasın
Neyləyək, həyatı yaşamalıyıq
Sevinci, kədəri biz dadmalıyıq
Tükənsə ümidlər son nəfəs kimi
Həyata yenidən bağlanmalıyıq
Внимание! Не стесняйтесь оставлять отзывы.