Elçin Cəfərov - Bu Gün текст песни

Текст песни Bu Gün - Elçin Cəfərov




Gözəl bir gün sevmək üçün
Çırpınır qəlbim
Elə bil ki göylərdən
Bir bulud enəcək
Çox heyif, uçmaq olsaydı
Vaxt itirməzdim
Görüş yerini seçdik
Gecikməyəcək, yəqin
Bir sən, bir mən bilirdik nə üçün
Yenə tezdən oyanmışam
O yerə çatmaq üçün
Onunla gizli görüşümüz
Olacaq bu gün
Əsir əllərim, dolaşır dilim
Sözlərim düyün
Onunla gizli görüşümüz
Olacaq bu gün
Aman Allahım, necə şanslıyam
Mən bu gün
Yaraşan rəngi tapmaq üçün
Axtarıb bezdim
Önümdə köynəklər, indi
Kim seçəcək?
Tələsib taksi tutmaq üçün
Çox deyinməzdim
Gecikdiyimi görsə, amma
Çox güləcək
Bir sən, bir mən bilirdik nə üçün
Sonunda çatmışam ünvana
Sevgilimi görmək üçün
Onunla gizli görüşümüz
Olacaq bu gün
Əsir əllərim, dolaşır dilim
Sözlərim düyün
Onunla gizli görüşümüz
Olacaq bu gün
Aman Allahım, necə şanslıyam
Mən bu gün
Onunla gizli görüşümüz
Olacaq bu gün
Aman Allahım, necə şanslıyam
Mən bu gün





Внимание! Не стесняйтесь оставлять отзывы.