Flora Kərimova - İlk Məhəbbət текст песни

Текст песни İlk Məhəbbət - Flora Kərimova



Köksümdə hicranın ahı-naləsi
Gözümdə kədərin qəm şəlaləsi
Qəlbimdə ümidin zəif şöləsi
Özümdən xəbərsiz mən xəlvət-xəlvət
Səni axtarıram, ay ilk məhəbbət
Qəlbimdə ümidin zəif şöləsi
Özümdən xəbərsiz mən xəlvət-xəlvət
Səni axtarıram, ay ilk məhəbbət
Xəyalın rahatlıq verməyir mənə
Gah məni qınayır, gah edir tənə
Xəyalın rahatlıq verməyir mənə
Gah məni qınayır, gah edir tənə
Vallah qovuşmaqçün səninlə yenə
Boylanır yoluna intizar, həsrət
Səni axtarıram, ay ilk məhəbbət
Vallah qovuşmaqçün səninlə yenə
Boylanır yoluna intizar, həsrət
Səni axtarıram, ay ilk məhəbbət
Artır günü-gündən saçımın dəni
Çəkilmir üzümdən qüssənin çəni
ağır sınağa çəkmisən məni
Barı çıx qarşıma, eylə mərhəmət
Səni axtarıram, ay ilk məhəbbət
ağır sınağa çəkmisən məni
Barı çıx qarşıma, eylə mərhəmət
Səni axtarıram, ay ilk məhəbbət
Atəşim sönsə də, közərir közüm
Səbrim kök atır, göyərir dözüm
Atəşim sönsə də, közərir közüm
Səbrim kök atır, göyərir dözüm
Amma vallah ki göynəyir gözüm
Bir gün görmək üçün səni, nəhayət
Səni axtarıram, ay ilk məhəbbət
Amma vallah ki göynəyir gözüm
Bir gün görmək üçün səni, nəhayət
Səni axtarıram, ay ilk məhəbbət
Səni axtarıram, ay ilk məhəbbət
Səni axtarıram, ay ilk məhəbbət



Авторы: Flora Kərimova


Flora Kərimova - İfalar (Vol. 4)
Альбом İfalar (Vol. 4)
дата релиза
18-09-2024




Внимание! Не стесняйтесь оставлять отзывы.