Gülay Zeynallı - Deyəsən текст песни

Текст песни Deyəsən - Gülay Zeynallı




Bu gecə yuxumda izlər salmısan
Yenə kirpiklərin yaşdır, deyəsən
Bu gün halımı xəbər almasan
Yazacam: "ürəyin boşdur, deyəsən"
Gül açıb bar tutmur istəyim, arzum
Pərişan yuxumu cürə yozum?
Nədən parlamadı tale ulduzum?
Səhəri qüssəli açdı, deyəsən
Nələr yaşamadıq, nələr danışdıq
Nələrdən keçmədik, küsdük, barışdıq
Bir şəklin gəlibdir telində işıq
Hələ oralarda qışdır, deyəsən
Bir şəklin gəlibdir telində işıq
Hələ oralarda qışdır, deyəsən
Elə gözəl idin baxıb güləndə
Ömrümə nur kimi axıb gələndə
Ləngimə, qorxuram dərdi böləndə
Gileylə: "Köçəri quşdur, deyəsən"
Nələr yaşamadıq, nələr danışdıq
Nələrdən keçmədik, küsdük, barışdıq
Bir şəklin gəlibdir telində işıq
Hələ oralarda qışdır, deyəsən
Bir şəklin gəlibdir telində işıq
Hələ oralarda qışdır, deyəsən
Düşmüşəm indi mən çox haldan-hala
dövran, ki sən gəldin yola
Nəbadə dünyada mən ola-ola
Gileylə: "Köçəri quşdur, deyəsən"
Nəbadə dünyada mən ola-ola
Görmədim, harasa uçdu, deyəsən



Авторы: Könül Hüseynova, Vahid əziz


Gülay Zeynallı - İfalar, Vol. 1
Альбом İfalar, Vol. 1
дата релиза
18-01-2023




Внимание! Не стесняйтесь оставлять отзывы.