Gülyanaq Məmmədova - Elə Bəndəm текст песни

Текст песни Elə Bəndəm - Gülyanaq Məmmədova



Ay səni, bağ yiyəsi, mən durub bar gəzirəm
Ay səni, bağ yiyəsi, mən durub bar gəzirəm
Əncirin vaxtı keçib, eyb eləməz
Nar gəzirəm, anam
Mən mənim, sən mənim
Mən bilirəm neyləyərəm
Mən mənim, sən mənim
Mən bilirəm neyləyərəm
Var ki var, axtarıram
Dəxli kimə, var gəzirəm, aman
Qışda yazdan ötəri xiffət edib qəm içmişəm
Qışda yazdan ötəri xiffət edib qəm içmişəm
Yaz gəlib, yanğımı söndürmək üçün qar gəzirəm
Aman
Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarımaq eşqi ilə mən hələ yar gəzirəm
Bilmədi kimsə, başımdan dumanlar keçdi
Bilmədi kimsə, başımdan dumanlar keçdi
Elə zənn eylədilər ki, uşağam, şar gəzirəm, aman
Sənə min rəhmət ola
Ey canımın canı, anam, ay balam
Sənə min rəhmət ola, ey canımın canı, anam
Laylamı sən necə çaldın ki, mən ağlar gəzirəm?
Yamyaşıl yarpaq idim, soldum ayaqlar altda
Yamyaşıl yarpaq idim, soldum ayaqlar altda
Yel vurub yengələr oynayan bağlar gəzirəm
Balaca, bapbalaca bir ürəyim vardı mənim
Balaca, bapbalaca bir ürəyim vardı mənim
O keçən çağları əldə çıraqlar gəzirəm
Vaqif Aslan, Vaqif Aslan
Hər ürəkdə uyuyur bir aslan
Mən gəncləşib
Saz vurub - söz dediyim sevdalı çağlar gəzirəm
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm
Gedin o yara deyin
Həsrətindən xəstəyəm
Gedin o yara deyin
Həsrətindən xəstəyəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm



Авторы: Xalq Mahnısı


Gülyanaq Məmmədova - İfalar (Vol. 1)
Альбом İfalar (Vol. 1)
дата релиза
07-09-2021




Внимание! Не стесняйтесь оставлять отзывы.