Miri Yusif - Qobustan текст песни

Текст песни Qobustan - Miri Yusif




Qoca dünyanın seyrinə çıxdım
Niyə hər gələn buranı tərk edir?
Gəzdim, gördüm, maraqla baxdım
Bu məkandır ki, məni cəlb edir?
Onun adı Qobustan
Kökü dərindən gələn bu dastan
Bizə qədimdən miras hər daşı
Yaşadır tariximizi, yaddaşı
(Gizlidir yaşı)
Onun adı "Qobu Stone"
Bu daşdan yayılır indi səs ton
Bu nəsil üçün yarıyır hər daşı
Yaradır gələcəyimizin yaddaşın
(Gizlidir yaşı)
Gələcəklə tarix çıxıb yarışa
(Daş aləmi aləmə sirr olub)
Sirr açıb 21-ci əsr
(Zamanla dəyişib, müasir olub)
Daş üstə daş, yenə yaranır yaddaş
İstəyir hamımızı barışaq
Onun adı Qobustan
Kökü dərindən gələn bu dastan
Bizə qədimdən miras hər daşı
Yaşadır tariximizi, yaddaşı
(Gizlidir yaşı)
Onun adı "Qobu Stone"
Bu daşdan yayılır indi səs ton
Bu nəsil üçün yarıyır hər daşı
Yaradır gələcəyimizin yaddaşın
Daş içində yaşayır ömrü
Daş hafizə, yaddaş, möhür
Yaş üstə yaş, gah quru, gah yaş
Baş daşa dəyir, sonra əyir baş
Qara altda aş, göz üstə qaş
Daşa sirr açsan, açmaz onu baş
Dağ daşa dayaq, daş dağa sirdaş
Lal qayalar dil açaydı kaş
Qobustan
Kökü dərindən gələn bu dastan
Bizə qədimdən miras hər daşı
Yaşadır tariximizi, yaddaşı
(Gizlədir yaşı)
Onun adı "Qobu Stone"
Bu daşdan yayılır indi səs ton
Bu nəsil üçün yarıyır hər daşı
Yaradır gələcəyimizin yaddaşın
(Qobustan)
(Qobustan)
(Bu dastan)
(Hər daşı)



Авторы: Murad Quliyev


Внимание! Не стесняйтесь оставлять отзывы.