NJ - Getmə, Qal текст песни

Текст песни Getmə, Qal - NJ



Bir səhər gəlmisən, görüm
Dəmləyib bir çay süzüm
Oturum tam qarşında
Sən danış, mən bir az gülüm
Həsrət qoy çəkilsin gözümdən
Cavab ver, susmasın dilin
Haradan gəlmisən, bilim
Heç ağladınmı, söylə
Yanında görməyib məni?!
Söylə, üşüdümü əllərin?
Çox dəyişib küçələri
Yox həmənki izləri
Qorxdum, tapa bilməzsən heç
Göydələnlər şəhəri
Boğur kölgəsində köhnəni
Təqvimdən axdı illər
Unudulmuş ad günlər
Sən yoxsan, yox mənası
Onlar mənə adi günlər
Şamlar sönüb çoxdan könlümdə
Getmə, qal, səhəri gözlə
Tufan var, üşümə çöldə
Otur bir qayğına qalım
Deyiləm mən sənə özgə
Niyə tələsirsən getməyə?!
Bir yolun vaxt düşsə
Qaç gəl sən evimizə
Qapımızı bağlı görsən
Boylanıb yerdən göyə
Axtar məni buludlarında



Авторы: Vüqar Babayev


NJ - Getmə, Qal
Альбом Getmə, Qal
дата релиза
04-04-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.