Okaber - Sarkazm текст песни

Текст песни Sarkazm - Okaber




Dözülməz ağrı kimidir insan izdihamı
Xiyabanlara köçən dahilər indi hanı?
Ölü evdən səhnələr, iblisin intiqamı
Xarabadan qeydlər mən xəbərsizəm
qədər düzünü yazsan da, tarixə alınmır
Buralarda güllələnmə təxirə salınmır
Qalın tarix kitablarından da iyrənirəm
Onlar bizi iynələyirlər, mən xəbərsizəm
Hər inqilabdan sonra adı dəyişən parkam mən
Ortada qalan mən, azalan-artan mən
Tarixə düşmüşəm, sən coğrafi əraziyə
Daş qoydun tərəziyə, mən xəbərsizəm
Düşüncə ölüb, pis günə düşüncə ölüb
Bədənlər gördüm ki mən, illər öncə ölüb
Ruhlarını görə bilmədim, amma, məncə, ölüb
Bilmirəm, səncə, ölüb, çünki mən xəbərsizəm
Üzümü çevirim sizə, yağdırın tərifləri
Ədəbiyyatda biz bu dövrün ədibləri
Sarkazma düzmüşəm burada hərifləri
Bilmirəm, nədir tələbləri, mən xəbərsizəm
Öldürə bilər məni həsrət, bir gümüş güllə
O bəstələdi, mən yazdım 5-10 cümlə
Deməli, bu oyunlarda sən önəmli deyilsən
Bəlkə də, nəsə deyirsən, mən xəbərsizəm
Yenə oxuyar mollanız xütbələr
Sırtılan sifətlər bir az da ütülənər
Tanrını unudanların inamı bütlərə
Kim necə harada lütlənər, mən xəbərsizəm
Hər ötənə yar olan gəlir vətənə dar
əxlaqsızda belə bir ənənə var
Soyunur, geyinir, əşi, sənə var?
Ya da ki mənə var? Mən xəbərsizəm
Fərasət axtarırdılar, tapıldı özümüzdə
Ya bizlə çiyin-çiyinəsən, yada ki önümüzdə
Gizli yaşayanlar da var, ölüb üzdə
Eşitdin, sözü gizlət, mən xəbərsizəm
Siz Allahlaşdıranda tiranları
Axtarırdım, dövrümdə tapdım fironları
göylərə qalxanda fəryadı girovların
Hara atıb tilovlarını? Mən xəbərsizəm
udmağın bilindi, uduzmağın
Danışmağından da qiymətlidir susmağın
Deyəsən, unutmusan, kimdir ustadın
Nələr çəkir dustağın, mən xəbərsizəm
İyrənc görsənir, saxtadırsa hörmətin
Cənnətin divarlarına bir kərpic hörmədin
yaşamadım mən, ölmədim
Danışmadım, eşitmədim, görmədim, xəbərsizəm





Внимание! Не стесняйтесь оставлять отзывы.