Текст песни Atalar Və Oğullar - Orkhan Zeynalli , Nazryn
Salam
oğul,
çoxdandır
görüşmürük,
Çayın
soyumamış
götür,
nə
verim
şəkər
yoxsa
qənd?
Buranın
havası
yəqin
biraz
ağır
sənə
Bir
iki
gün
də
qal,
sonra
düzünü
de
şəhər
yoxsa
kənd?
Burada
keçib
uşaqlığın,
yaxşı-pis
böyütdüm
səni,
Səmimi
de:
Dadmısan
heç
burada
zəhər
yoxsa
qəm?
Bir
qarış
çörək,
ən
əsası
halal
zəhmətlə,
Hər
bir
qonşu,
qohum
adımı
çəkir
hörmətlə.
Sənin
atan
olmaq
ayağıma
uzun
yorğan
elə
bil
İnan
çox
qaldım
şərəf,
pul,
seçim
arasında
Bəlkə
düz
deyirdin,
bəlkə
doğurdan
elədi
Yəqin
mənəm
günahkar
ki,
oğlum
yetim
anasından.
Bu
əllər
bilmir
nədir
oğurluq,
nədir
namərd
hərəkəti,
Amma
səni
hər
ehtiyac
içində
görəndə
qanadım
əyilir.
Qiblə
adlandırdığım
qazancların
yox
bərəkəti,
Sanki
o
Kişinin
şəkli
ilə
bir
getdi
manatın
dəyəri
Sabahı
düşün,
oğul
necə
bir
nəsil
yetişər
Bu
günkü
gəncliyin
xəmirini
pul
yoğursa
Cəmiyyət
xətrinə
ailə,
qohumlar
xətrinə
övlad,
Atalar
aciz
qalacaq,
bir
gün
oğullar
qul
doğulsa
Sənin
əlin
əlimdədi,
sənə
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Sənin
əlin
əlimdədi,
sənə
olan
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Bağışla,
mən
böyüdüm...
Sənin
əlin
əlimdədi,
sənə
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Sənin
əlin
əlimdədi,
sənə
olan
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Bağışla,
mən
böyüdüm...
Salam
ata,
görməyəli
heç
dəyişmədin
Çayım
qoy
soyusun,
isti
günlər
xatirəsinə
Başa
düş,
rahatlığa
fərq
etmir
şəhər
yoxsa
kənd
Həyatın
şirinliyinə
təsir
etmir
şəkər
yoxsa
qənd.
Böyütdün
razıyam,
amma
öyrətmədin
məğzi
ki,
Bu
dünyada
gözdən
sala
bilər
hamını
bir
səhv.
Öyrətmədin
əsas
qanunu,
əsas
dərsi
ki,
Bu
həyatda
ya
sən,
ya
səni
ya
da
hamını
kimsə
Halal
zəhmət,
pul
niyə?
Cənnətə
getmək
üçün
Başqaları
yığır
altına,
cənnətini
tikmək
üçün.
Vitrində
oyuncağa
baxan
övladın
yanında
sıxılmaq
Ədalət
boş
şeydi,
yoxsa
yanında
sıfırlar.
Bu
dörd
divardan
kənardakı
hörmət
gərəksizdi
Əgər
bu
dörd
divarın
içində
həyat
yerlə
yeksan.
Düzünü
de
çirkli
pulla
xəstə
anamı
xilas
etmək?
Yoxsa
təmiz
pulla
dəfn
edib
ona
vermək
ehsan?
Bəlkə
də
demək
asan,
bilirəm
sənə
də
çətindi
Niyə
isə
yaxşı
insan
olmağı
sənətə
çevirdin.
Həyatın
sahibi
olmaq,
içim
alışıb
onla
indi
Eybi
yox,
deməsinlər
gedəndən
sonra
"heyif
yaxşı
oğlan
idi".
Sənin
əlin
əlimdədi,
sənə
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Sənin
əlin
əlimdədi,
sənə
olan
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Bağışla,
mən
böyüdüm...
Sənin
əlin
əlimdədi,
sənə
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Sənin
əlin
əlimdədi,
sənə
olan
hissim
dərindədi
Amma
burax
əlimi,
buradan
tək
gedirəm,
ata.
Bağışla,
mən
böyüdüm...
Внимание! Не стесняйтесь оставлять отзывы.