OGB - Introgb текст песни

Текст песни Introgb - Orxan Qarabasma



Hər kəs özünü ağıllı sayır
Dəli xırdalayır ağıllı sayır
Ama artmır ki ağıllı sayı
Kimə can diyirəm çıxır axırda zayı
Gözümnən düşənlər üzürü istər
Enişdə dəyərlər üzünün üstə
Çıxart maskavı əsl üzüvü göstər
Əksərinin çörəyi onsuzda dizinin üstə
Böyük adamın səhvi böyükdür
Böyüklükdə özü böyük yükdür
Qələmim yazır dərdi qova qova
Namərd elədilər mərdi qova qova
Allaha inanmır Inanır bürcə
Geri düşüncə ya geri düşüncə
Sürgünə gedib soyuqdan üşüyüncə küncə
Düz sözü yapışdır yeri düşüncə
Kitablar rəfdə öyrən əlifbanı əlifdən
Həriflər hərifləri həriflər hərifdən
Məsləhət alma verir hərəsi bir tərəfdən
Yaxşılar susur şərəfsiz danışır şərəfdən
O bir tərəfdən
Bu bir tərəfdən
O bir tərəfdən
Bu bir tərəfdən
O bir tərəfdən
Bu bir tərəfdən
O bir tərəfdən
Bu bir tərəfdən



Авторы: Orkhan Abbasov, Orkhan Ibrahimov


OGB - Introgb
Альбом Introgb
дата релиза
21-10-2019



Внимание! Не стесняйтесь оставлять отзывы.