Qaraqan - Mən inanmıram текст песни

Текст песни Mən inanmıram - Qaraqan



Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi, danışmayın mənə yalan hekayələri
Mən inanmıram sizə, siz qəzetlər, verlişlər, kanallar, dalğalar, xəbərlər
Mən inanmıram sizə, siz valideynlər, qohumlar, ailəvi nəsihətlər, tərbiyələr
Mən inanmıram sizə, siz müəllimlər, məktəblər, dərsliklər, imtahanlar, qiymətlər
Mən inanmıram sizə, siz şayələr, dedilər, qodular, nağıllar qeybətlər
Mən inanmıram sizə, siz sevgilər, 8 Mart, Valentine, üzüklər, nişanlar
Mən inanmıram sizə, siz mollalar, yalançı nəzirlər, ikiüzlü imamlar
Mən inanmıram sizə, siz matəmlər, tətillər, qara günlər, günlər, bayramlar
Mən inanmıram sizə, siz insanlar, insanlar, insanlar, insanlar, insanlar...
Mən inanmıram sizə, siz banklar, kreditlər, maaşlar, pullar faizlər
Mən inanmıram sizə, siz tanışlıq, yerlilik, yaltaqlıq, qohumbazlıq, xahişlər
Mən inanmıram sizə, siz yaxınlar, dostlar, tanışlar, feysbukda commentlər
Mən inanmıram sizə, siz ulduzlar, Hollywood, Grammylər, Oscarlar, Happy Endlər
Mən inanmıram sizə, siz bayraqlar, torpaqlar, əcdadlar, dostlar düşmənlər
Mən inanmıram sizə, siz Bağdadlar, Əfqanıstan, sülh adıyla məhv olan Vietnamlar
Mən inanmıram sizə, siz qızıllar, brilliantlar, dəb, glamour əskilər brendlər
Mən inanmıram sizə, siz manikenlər, maskalar, oyuncaqlar, barbielər kenlər
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi, danışmayın mənə yalan hekayələri
Mən inanmıram sizə, siz məşhurluq xətrinə fəlsəfədən yazan saxta şairlər
Mən inanmıram sizə, siz varlılar gələndə həkimlər, kasıblara qatillər
Mən inanmıram sizə, siz fanatlar, bir səhvə görə hazırsız məni məhv etməyə
Mən inanmıram sizə, siz xaç yürüşlərindən sonra danışırsız insanları əhv etməkdən
Mən inanmıram sizə, siz Coca-Cola, General Motors rəngli agetasiyalar
Dünyada yoxdu artıq ölkələr, dünyanı çoxdan idarə eləyir koorparasiyalar
Mən inanmıram sizə, siz yaslar toylar, bookmakerlər, satılmış oyunlar
Siz qaynanalar, qaynatalar, sevgini məhv eləyən baldızlar, qudalar, qayınlar
Mən inanıram göydə parıldayan günəşə, o verir mənə isti, o verir mənə nur
Mən inanıram qayalardan axan bulağa, o verir mənə can, o verir mənə su
Mən inanıram torpağa, mən onun üstündəyəm, dərindən nəfəs alıram təmiz havayla
Mən inanıram küləyə, məni sığallayır, dənizin içində rəqs eləyirəm dalğayla
Fərqi sən kimsən, nədir adın, millətin, biz isinirik altında eyni günəşin
Bir səma altında bir neçə ovuc insan, deyin, nəyə görə bir-birinin düşməni
Mən inanmıram müharibələrə silaha, mən inanmıram qəhrəmanlığa, boş qana
Mən inanıram ancaq sevgiyə, mən inanıram ancaq Allaha
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi, danışmayın mənə yalan hekayələri
Mən inanmıram, mən inanmıram sizə...




Qaraqan - Compilation
Альбом Compilation


Еще альбомы все альбомы


Внимание! Не стесняйтесь оставлять отзывы.