Текст песни Anam Azərbaycanım - Rahidə Baxışova
Mən sənə həmişə "ana" demişəm
Ülfətin şirindir, nəfəsin ilıq
İnan ki, bürüyər ürəyimi qəm
Əgər aramıza düşsə ayrılıq
Anam mehribanım, Azərbaycanım
Düşmərəm bir an da səndən ayrı mən
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən
Xəzərin, Göygölün, Arazın, Kürün
Eşqini qoparmaq olmaz sinəmdən
Neçə min həyatın, neçə min ömrün
Sevinci, fərəhi, bəzəyisən sən
Anam mehribanım, Azərbaycanım
Düşmərəm bir an da səndən ayrı mən
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən
Sazın da, neyin də, incə tarın da
Qocan da, gəncin də mənə əzizdir
Zərif bayatında, mahnılarında
Yaşayan eşqimiz, ürəyimizdir
Anam mehribanım, Azərbaycanım
Düşmərəm bir an da səndən ayrı mən
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən
Anam mehribanım, Azərbaycanım
Düşmərəm bir an da səndən ayrı mən
Sonsuz məhəbbətim, sözüm, dastanım
Yaranıb əbədi məhəbbətindən
Yaranıb əbədi məhəbbətindən
Yaranıb əbədi məhəbbətindən

Внимание! Не стесняйтесь оставлять отзывы.