Текст песни Qatar - Roya
Sən hara gedirsən, sən belə, ay qatar
O uzaq yollarda, söylə görüm, nə var?
Bəlkə, o yerlərin gülləri gözəldir
Bəlkə də, elləri çox xoşuna gəlir
Bəxtini dünyada axtaran tapar
O uzaq yerlərə məni apar
Bəlkə, o diyarda həmişə bahar
Xəzansız, hicransız bir dünya da var
Çıx yola, ay qatar
Məni də al, apar
Çıx yola, ay qatar
Məni də al, apar
Yaxşı yol dilərəm mən sənə, ay qatar
Xəyallar çox şirin, o uzaq arzular
Ya qismət, mənzilə kim gedər, kim çatar
Sən gedən yolların yoxsa bir sonu var?
Bəxtini dünyada axtaran tapar
O uzaq ellərə məni apar
Bəlkə, o diyarda həmişə bahar
Xəzansız, hicransız bir dünya da var
Nə yerdə qəm-kədər
Nə göydə bulud var
Nə yerdə qəm-kədər
Nə göydə bulud var
Çıx yola, ay qatar
Məni də al, apar
Bəxtini dünyada axtaran tapar
O uzaq ellərə məni apar
Bəlkə, o diyarda həmişə bahar
Xəzansız, hicransız bir dünya da var
Nə yerdə qəm-kədər
Nə göydə bulud var
Nə yerdə qəm-kədər
Nə göydə bulud var
Çıx yola, ay qatar
Məni də al, apar
Çıx yola, ay qatar
Məni də al, apar
Çıx yola, ay qatar
Məni də al, apar
Çıx yola, ay qatar
Məni də al, apar
Çıx yola, ay qatar
Məni də al, apar
Qatar, qatar
Al, apar
Al, apar

Внимание! Не стесняйтесь оставлять отзывы.