Xatirə İslam - Gecdir Daha текст песни

Текст песни Gecdir Daha - Xatirə İslam



Yadındamı, onda dünya gözəl idi?
O məhəbbət hər sevgidən əzəl idi
Keçdi şirin çağlar, soldu yaşıl bağlar
Xatirələr ağlar, gecdir daha
Keçdi şirin çağlar, soldu yaşıl bağlar
Xatirələr ağlar, gecdir daha
Yadındamı, o məhəbbət dəniz idi?
O duyğular hər duyğudan təmiz idi
Soyuq yellər əsdi, illər yolumu kəsdi
Xatırladıq bəsdir, gecdir daha
Soyuq ellər əsdi, illər yolumu kəsdi
Xatırladıq bəsdir, gecdir daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr istəyir bizdən?
Olan oldu bizə, keçdi daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr istəyir bizdən?
Olan oldu bizə, keçdi daha
Xatirələr çağırsa da, hara gedim?
Yadındamı, mən səninlə xoşbəxt idim?
Olan oldu keçdi, bu xəyallar heçdir
Bir sevmək gecdir, gecdir daha
Olan oldu keçdi, bu xəyallar heçdir
Bir sevmək gecdir, gecdir daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr istəyir bizdən?
Olan oldu bizə, keçdi daha
O arzular sənsiz heçdir daha
O günlərə dönmək gecdir daha
Xatirələr istəyir bizdən?
Olan oldu bizə, keçdi daha



Авторы: Baba Vəziroğlu, Kamal Kamal


Xatirə İslam - Gecdir Daha
Альбом Gecdir Daha
дата релиза
14-03-2022




Внимание! Не стесняйтесь оставлять отзывы.