Xpert - Sarışan Hallar текст песни

Текст песни Sarışan Hallar - Xpert



Boyum olardı dizdən, qırlı damlı evimizdə
Yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə
Danışım sizə gecə oyanıb gizlin
Budaqlarına parça asıb ev diləməyimizdən
Yanıb tütür uşaqlığım bütün
7 yaşda ciyərlərimə qonaq elədim tütün
Utanırdım xəstəliyimi başqa kimsə görsün
Dodağlarımı kəsib qanını yanağlarıma sürtürdüm
Tirtab olub çürüy evimin poluna
Yalvarıram mənlə ol amma mənə olannan olma
Bəlkə göylər almaz məni
Özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna
Soruşsalar Şəhri varmı arzun?!
Gecə babamın ruhu gəlib saçımı sığallasın
Pəncərəni açıq qoysun arxasıyca
İstərəmki o gedən kimi məni külək aparsın
İstəmirəm sağalmaq amma gərək dərman içim
Yolundadır görsün həkim, müalicəm keçir
Səhərə qədər tir-tir əsib diksinirəm soyuğdu mənə
olsun ki, döşəyim düz böyründədi peçin?!
Oynamaq istəyirəm hərdən orda
İslanardı corablarım meyil çəkir sora da
Buz kimi dondurma bir bol kremli torta
Arzularımı yerinə gətir rahat yatım gorda
4 tərəfim dost tanışla dolsun
Gecə-gündüz baxışlarını zillə qapıya olsun?!
Bir nəfər zəng eləmir hal əhvalımı sorsun
Telefonum da varmı ki heç zəng eləyənim olsun?!
Bulud olsam küləklərdə axsam
Göylərdən seyr eləyim bilimki sən sağsan
Arada bir dənə baş çək mənə qardaş
Yalandanda olsan denən - Sağalacaqsan



Авторы: şəhriyar Atababayev


Xpert - Qassab
Альбом Qassab
дата релиза
12-03-2014




Внимание! Не стесняйтесь оставлять отзывы.