Ədalət Şükürov - Bu Yaşıl Ağacın Altı Bizimdir (2025) текст песни

Текст песни Bu Yaşıl Ağacın Altı Bizimdir (2025) - Ədalət Şükürov




Kök üstə budağı neçədir, bildim
Budaqda yarpağı neçədir, bildim
Salxımı, saçağı neçədir, bildim
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Saçağı tərpənir tellərin kimi
Saçağı tərpənir tellərin kimi
Yarpağı oynayır əllərin kimi
Düyməsi açılıb tüllərin kimi
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu sevgi, bu layla, bu beşik bizim
Çəkər növbəmizi bu keşik bizim
Nəyimizə lazımdır ev-eşik bizim?
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Könlümüz havalı, gözümüz ac
Gəncliyin havası başımıza tac
Bir sən, bir mənəm, bir yaşıl ağac
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Atəş Allahındır, isti Allahın
Ocaq Allahındır, tüstü Allahın
Bu yaşıl ağacın üstü Allahın
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Dən kimi səpələ, toxum kimi ək
Dən kimi səpələ, toxum kimi ək
Zəlimxan, bu anın qayğısını çək
Hələ bizdən sonra çoxu deyəcək
Hələ bizdən sonra çoxu deyəcək
"Bu yaşıl ağacın altı bizimdir"
"Bu yaşıl ağacın altı bizimdir"
"Bu yaşıl ağacın altı bizimdir"
Bizimdir, bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir
Bu yaşıl ağacın altı bizimdir



Авторы: Aşıq Havası, Zəlimxan Yaqubov



Внимание! Не стесняйтесь оставлять отзывы.