Sövkət Ələkbərova - Mən Sənin Yanında Qışda Gəlirdim Lyrics

Lyrics Mən Sənin Yanında Qışda Gəlirdim - Sövkət Ələkbərova



Mən sənin yanına qışda gəlirdim
Çiçək axtarırdım, gəzdim hər yanı
Çiçək axtarırdım, gəzdim hər yanı
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb, bir dibçəkdən axır ki, dərdim
Tapıb, bir dibçəkdən axır ki, dərdim
Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb, qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Dəstə bağlamağım nəyə gərəkdir?
Bax, odur, nərgizlə doludur ləklər
Bax, odur, nərgizlə doludur ləklər
Lalənin ətrini yayır küləklər
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Əzizim, onları qopartmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim ancaq
Bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Əzizim, onları qopartmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim ancaq
Bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, bir əlimdə yaz



Writer(s): Elza Ibrahimova, əliağa Kürçaylı


Sövkət Ələkbərova - İfalar, Vol. 8
Album İfalar, Vol. 8
date of release
17-08-2022




Attention! Feel free to leave feedback.