Sövkət Ələkbərova - Sədaqət Lyrics

Lyrics Sədaqət - Sövkət Ələkbərova



Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək
Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl var?!
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlinizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar
İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda günəş ollam
Qızmar gündə - saf suyam
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlinizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət



Writer(s): əjdər Ağayev, Mehriban əhmədova


Sövkət Ələkbərova - İfalar, Vol. 8
Album İfalar, Vol. 8
date of release
17-08-2022




Attention! Feel free to leave feedback.