Vüqar Əbdülov - Kişilər Lyrics

Lyrics Kişilər - Vüqar Əbdülov



Ey, Bakının tazənöv cavanları
Bağın, şəhərin əvvəlki dövranları
Biz yığışan köhnə tin, dalanları
Tikdiyimiz mərtəbə, eyvanları
Niyə dağıdıb, qıra-qıra qalmısız siz?
Niyə dağıdıb, qıra-qıra qalmısız siz?
Tikib, qurmaq gəlməyir əlinizdən
Ancaq plan qura-qura qalmısız siz
Ancaq plan qura-qura qalmısız siz
Ey, bizim Bakının köhnə kişiləri
Zəmanənin bu cürdür vərdişləri
Siz bilməzsiniz müasir işləri
Yaşlıların elə bu vərdişləri
Köhnədən dən vura-vura qalmısız siz
Köhnədən dən vura-vura qalmısız siz
Cavanların işini bəyənmirsiz
Belə görünür, axıra qalmısız siz
Belə görünür, axıra qalmısız siz
Yaşlı nəsil başa sala bilmir sizi
Siz seçə bilmirsiz əyridən düzü
Heç adamın deməyi gəlmir, üzü
Gündə salıb yanınıza bir cüt qızı
Tin, dalanda dura-dura qalmısız siz
Tin, dalanda dura-dura qalmısız siz
Geyiminiz gödəkləşibdir sanki
Əyninizi cıra-cıra qalmısız siz
Əyninizi cıra-cıra qalmısız siz
olsun ki, indi yaşa dolmusuz?
Bir vaxt olub siz cavan olmusuz
Biz çalan zurnanı, siz çalmısız
Diş tökülüb, çarəsizmi qalmısız?
Hey baxaraq ora-bura qalmısız siz
Hey baxaraq ora-bura qalmısız siz
İndi baxan yoxdu, yəqin, üzünüzə
Boynunuzu bura-bura qalmısız siz
Boynunuzu bura-bura qalmısız siz
Hər sözə o saat tapırsız cavab
Siz düşünən kimi deyil haqq-hesab
Bilmirsiz nədir günah, nədir savab
Oxumamısız ömrünüzdə bir kitab
Dəyməmisiz, hələ qora qalmısız siz
Dəyməmisiz, hələ qora qalmısız siz
Oxumamışdan alim olub, çıxmısız
Nazir olub hazıra qalmısız siz
Nazir olub hazıra qalmısız siz
İndi kosmos, indi raket dövrüdür
Kompüter, internet dövrüdür
Siz deyənsə, köhnə sovet dövrüdür
Lap mezozoy, lap neolit dövrüdür
O dövrandan ara-sıra qalmısız siz
O dövrandan ara-sıra qalmısız siz
Sizin yaşda meşədə ağac qalmayıb
Üç-dörd nəfər gücə-zora qalmısız siz
Üç-dörd nəfər gücə-zora qalmısız siz
Bəyənmirsiz üzlə keçmiş çağı?
Ərzağınızdan pis idi ərzağı
Var canımızda Nikolayın yağı
Siz tapa bilmirsiz adi cızdağı
Yemək yoxdu, şitə-şora qalmısız siz
Yemək yoxdu, şitə-şora qalmısız siz
Ac toyuqtək yuxuda darı görürsüz
Barmağınızı sovura-sovura qalmısız siz
Barmağınızı sovura-sovura qalmısız siz
Bizə bu olan əksi qədər xoşdur
Mədəmizi salqsaq da dərdə, xoşdur
Qamburger xoşdu, dönər xoşdu
Havada olan tüstü, zəhər xoşdu
Bu tüstünü yara-yara qalmısız siz
Bu tüstünü yara-yara qalmısız siz
Biz bu yeməyə, bu havaya öyrəşmişik
özünüzü yora-yora qalmısız siz?
özünüzü yora-yora qalmısız siz?
Biz bu yeməyə, bu havaya öyrəşmişik
özünüzü yora-yora qalmısız siz?
özünüzü yora-yora qalmısız siz?
Biz bu yeməyə, bu havaya öyrəşmişik
özünüzü yora-yora qalmısız siz?
özünüzü yora-yora qalmısız siz?
özünüzü yora-yora qalmısız siz?



Writer(s): Vüqar əbdülov


Vüqar Əbdülov - Vüqar Əbdülov, Vol. 1
Album Vüqar Əbdülov, Vol. 1
date of release
28-03-2016




Attention! Feel free to leave feedback.