Vüqar Əbdülov - Neyjən Lyrics

Lyrics Neyjən - Vüqar Əbdülov



Hamının balasını saxlasın Allah
Balasız dünyanın ləzzəti yoxdur
O kəsin qoy versin payını, inşallah
Hər kimin hələ ki qisməti yoxdur
Sən gələndə həyata
Çiçək açdı arzumuz
Ömrümə bəzək verən
Bir yaraşıqdı bu qız
Sən gələndə həyata
Çiçək açdı arzumuz
Ömrümə bəzək verən
Bir yaraşıqdı bu qız
Gülüşü zərif, gözü qara
Saçı əsmər balanı
Neyjən adlandırdıq
Biz bu incə, tər balanı
Gülüşü zərif, gözü qara
Saçı əsmər balanı
Neyjən adlandırdıq
Biz bu incə, tər balanı
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Neyjəni hamı sevir, fərəh ilə dindirir
O şirin cavabları, üzləri sevindirir
Neyjəni hamı sevir, fərəh ilə dindirir
O şirin cavabları, üzləri sevindirir
Arabir uşaqlıq aləminə dönsə xəyalı
Özlüyündə yetkinləşib artıq ağlı, kamalı
Arabir uşaqlıq aləminə dönsə xəyalı
Özlüyündə yetkinləşib artıq ağlı, kamalı
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Əvvəllər soruşardıq, cavab verir incə səsi
Deyirdi, həkim olacaq, vardı uşaqlıq həvəsi
Sonralar məktəbə, dərsə alışıb elm oxudu
Bəzi işlərinə baxanda heç uşaqlıq yox idi
Dünyanı dərk elədikcə tapdı özünə ixtisas
Son qərara gəldi ki, olmalıyam hüquqşünas
Gün keçir, ay dolanır, hamı yaman maraqlanır
Görək, axır ki, bu qız hansı aləmə bağlanır
Bu gözəl, şirin, kiçik qız böyüyüb şamil ola
qədər arzusu olsa hamısına nail ola
Talehi yar ola ona bu yolda hər vaxtı
Kaş, onun gül üzünə gültək açılsın baxtı
Tanrı hər arzusunu kaş ki keçirsin həyata
qədər istəyi varsa, ona aləmdə çata
Baxaraq fəxr eləyər ailəsi Neyjən qızına
İncə bir tər çiçəyə, bəxtlərinin ulduzuna
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum
Neyjənim, incə gülüm, tər çiçəyim
Gözümün ağı-qarası, gül ləçəyim
Adıtək incə olan gözəl qızım
Neyjən, mənim günüm, ayım, ulduzum



Writer(s): Vüqar əbdülov


Vüqar Əbdülov - Vüqar Əbdülov, Vol. 1
Album Vüqar Əbdülov, Vol. 1
date of release
28-03-2016




Attention! Feel free to leave feedback.