Manana Japaridze - Sevgilim paroles de chanson

paroles de chanson Sevgilim - Manana Japaridze



Bəyaz xəyalımın bəyaz mələyi
Bir sən duya bildin sevən ürəyi
Sevgimiz dünyaya dəyər
Bizim sevgimizin açıb gülləri
Qəlbə nəğmə kimi saçıb gülləri
Sevgimiz dünyanı öpər
Necə gözəldir həyat!
Bizə verdi qol–qanad
Uçduq göyündə eşqin
Eşqin, sevginin
Döndü gülşənə həyat
Sanki, dəyişdi zaman
Duyduq göyünü eşqin
Eşqin, sevginin
Sən necə odladın bu kövrək qəlbimi?
De, necə ovladın bu yanan könlümü?
Sənə bəxş etmişəm əbədi sevgimi
Əbədi sevgimi, sevgimi
Sənin gözlərinlə gördüm bir dəniz
Sənlə bir döyündü bizim qəlbimiz
Qəlbimdə qalmadı kədər
Sənlə bu dünyada tapdım sevinci
Sevgi ürəklərdə olan bir inci
Sevgisiz ömrümüz hədər
Necə gözəldir həyat!
Bizə verdi qol–qanad
Uçduq göyündə eşqin
Eşqin, sevginin
Döndü gülşənə həyat
Sanki, dəyişdi zaman
Duyduq göyünü eşqin
Eşqin, sevginin
Sən necə odladın bu kövrək qəlbimi?
De, necə ovladın bu yanan könlümü?
Sənə bəxş etmişəm əbədi sevgimi
Əbədi sevgimi, sevgimi
Necə gözəldir həyat!
Bizə verdi qol–qanad
Uçduq göyündə eşqin
Eşqin, sevginin
Döndü gülşənə həyat
Sanki, dəyişdi zaman
Duyduq göyünü eşqin
Eşqin, sevginin
Sən necə odladın bu kövrək qəlbimi?
De, necə ovladın bu yanan könlümü?
Sənə bəxş etmişəm əbədi sevgimi
Əbədi sevgimi, sevgimi



Writer(s): Alxanlı Alxanlı, Sərvər şahbəyli


Manana Japaridze - Bəxt Ulduzum
Album Bəxt Ulduzum
date de sortie
24-11-2009




Attention! N'hésitez pas à laisser des commentaires.