Manana Japaridze - Ömrün Gözlər paroles de chanson

paroles de chanson Ömrün Gözlər - Manana Japaridze



Gözünü görməyən gündən
Özümü itirmişəm mən
Təkcə sənsən inandığım, sən
Qəlbim səni gözlər
Əllərim titrəyir sənsiz
Neyləyirsən, tək orada mənsiz?
Sabahımız yoxdur dünənsiz
Qəlbim gözlər
Harda qaldı o məhəbbət?
Gözləyirəm, dönər, əlbət
Gözlərimdə səadət
Ümid gələr sevgimə
Ən gözəl sevgi bizimdir
Ən ülvi hisslər bizimdir
Bu dünya eşq dənizidir
Ömrüm səni gözlər
Sevirsənsə, əvvəlkitək
Bir vursun qoy iki ürək
Rəsmimi gözlərində çək
Ömrüm gözlər
Bilirəm ki, bir gün gələr
Həyat yenə bizə gülər
Yada düşər keçən günlər
Ümid gələr sevgimə
Harda qaldı o məhəbbət?
Gözləyirəm, dönər, əlbət
Gözlərimdə səadət
Ümid gələr sevgimə
Ümid dolu qəlbimdə məhəbbət
Gülsün bizə bu sevgi, nəhayət
Ömrüm gözlər
Bilirəm ki, bir gün gələr
Həyat yenə bizə gülər
Yada düşər keçən günlər
Ümid gələr sevgimə
Harda qaldı o məhəbbət?
Gözləyirəm, dönər, əlbət
Gözlərimdə səadət
Ümid gələr sevgimə



Writer(s): Ikram əliyev, Sevinc Tağiyeva



Attention! N'hésitez pas à laisser des commentaires.