Miri Yusif - Ulğuc paroles de chanson

paroles de chanson Ulğuc - Miri Yusif



Qəlbin heç kim bilmədiyi sirrlərlə dolu,
Ancaq gecələrə açmağina doğru
Cəmiyyət sənə qarşi!
Hissiyat sənə qarşi!
ürəyin donub, olubdu qəm sirdaşi.
Gizlin evdən çixib macəraya gedən yolu
Külək sənin üçün istiqamət qolu.
Sənə görə doğru yalan,
Mənə görə yaran doğru.
Iti sözlərinə qarşi ürəyin yorğun...
Sən yorulmusan əzablar içində,
Arzularin qismət qəfəsində,
Addimlarin ülgüc üzərində...
Tənhaliq yolçusu... tənhaliq yolçusu...
Sən oyananda gündüz sönür,
Sən boğulanda dəniz ölür.
Söz yaşindan göz yaşlari,
Qarğişa donüb başlara qonub.
Zaman öz varliğiyla keçmişi ötüb,
Gələcəyə dönüb.
Könlün öz yoxluğuyla vicdani bölüb,
Hissləri bölüb.
Hər gün ölümlə qol-boyun,
Hər gün həyatla gic oyun,
Boyun yalvarir onu soyun,
Mən bu mənasiz dünyani necə duyum, uyum...
Zaman qatarinda gecikmiş sərnişinsən,
Dənizdə tək qalan küləksiz gəmisən,
Tənhaliq yolçusu... tənhaliq yolçusu...
Aydin günü görməyə sən etmisən tövbə,
Daimi axan gedərə tutmusan növbə,
Amma, demə niyə, amandi demə niyə?
Bu mahni məndən olsun sənə hədiyyə.
Sən yorulmusan əzablar içində,
Arzularin qismət qəfəsində,
Addimlarin ülgüc üzərində...




Miri Yusif - Karma
Album Karma
date de sortie
05-05-2010




Attention! N'hésitez pas à laisser des commentaires.