Miri Yusif - Yadımdadı paroles de chanson

paroles de chanson Yadımdadı - Miri Yusif



Mənim bəxtim yox
Mənim ömrümdə sağlam xoş bəxtim yox
Damarımda gəmilərim küləyim yox
Qovuşuram, sevişirəm amma ürəyim yox
Məndə dözüm yox
Yaşayıram, qaynayıram amma özüm yox
Anlayıram yalvarıram amma çözüm yox
Gizlənirəm, izləyirəm amma gözüm yox
Yadımdadı kürəyimə vuran baxışlar
Yadımdadı ürəyimdə gəzən naxışlar
Yadımdadı gözümnən ağlıyan yağışlar
Yadımdadı qulağıma çatan qarğışlar
Yadımdadı dəfələrlə milyon baxışlar
Yadımdadı yalan gurultulu alqışlar
Mənim can buludlarıma dolub qara quşlar
Yadımdadı Yadımdadı Yadımdadı
Dalğam var
Buludlarla qovuşanı ulu dağım var
Qapı olmayan qəlbimdə bir otağım var
Mənim solum qurusa da yenə sağım var
Mənim kölgəm var, hey bölünməyən sərhəddsiz bölgəm var
Beynimdə mikrobla qarışan bir döngə var
Həmişə qayıtmağa doğma ölkəm var
Kürəyimə vuran baxışlar
Yadımdadı ürəyimdə gəzən naxışlar
Yadımdadı gözümən ağlıyan yağışlar
Yadımdadı qulağıma çatan qarğışlar
Yadımdadı dəfələrlə milyon baxışlar
Yadımdadı yalan gurultulu alqışlar
Mənim can buludlarıma dolub qara quşlar
Yadımdadı Yadımdadı Yadımdadı
Yadımdadı Yadımdadı Yadımdadı




Miri Yusif - Karma
Album Karma
date de sortie
05-05-2010




Attention! N'hésitez pas à laisser des commentaires.