PRoMete - O Dönəcək (Demo Home Recording) - Remastered paroles de chanson

paroles de chanson O Dönəcək (Demo Home Recording) - Remastered - PRoMete



Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək!
Səni məndən ayırsaydı ölüm, bəlkə belə çətin olmazdı,
Hər gün səni fikirləşməzdim.
Daha rahat olardı içim, ağlıyardım hər gün biraz,
Gözüm arxanca qalmazdı.
Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım,
Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara,
Bu tərəflərdə səndən ayrı qalmazdım.
Amma yazıq ki, yazı başqa,
Sağsan məndən ayrı ona görə başqa fikirlər fırlanır başda.
Səni öldürmək hissi keçir içimdən,
Buna görə Günəşim, (Günəşim) məni bağışla.
Sənə ünvanladığım söyüş qarğışlardır
Yəqin, işlərinin tərs getməsinin tək səbəbi.
Qarşısını ala bilmirəm artıq artan əsəbin,
Mən bilim ki, deyim ki, xoşuna gəlim?
Deyim ki, "səni sevmirəm artıq!"
Özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən.
Yoxsa deyim "səni dəli kimi sevirəm"?
Yox səni səndən çox sevəcək qədər ağıllıyam, bunu bilirsən.
Ya da mobil telefon, hələ adının sonunda "M" hərifi durur.
Sadəcə, mesaj yazacaq qədər mənlik balansında yoxdur qürur (yoxdur qürur).
Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə,
"Zaman unutdurur" kimi boş sözlərə.
Ya da "sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdır" kimi xoş sözlərə.
Şablonlardan uzaqlaşmışdım, sənin "O" olduğunu dərk edəndə.
Ya da ki, hamıdan fərqli "sən get, mən otururam" deyib məni tərk edəndə.
Sənin deyərək-gülərək keçirdiyin günlərdə,
Mən hələ "necəsən?" soruşanlara cavabda deyirəm
"Belə də".
Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyati təzahürünlə özünü sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür. bu bədbəxtlikdir.
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə, gözləyərək.
O, dönəcək! O, dönəcək!
O, dönəcək! O, dönəcək!
O, dönəcək!
Tərk etdiyin, o yerdə tək,
Hər gün eyni ümidlə gözləyərək.
O, dönəcək!



Writer(s): Mike Shinoda, Pərviz Isaqov


PRoMete - Sinqllar (2006-2015) [Remastered]
Album Sinqllar (2006-2015) [Remastered]
date de sortie
04-07-2016

1 Günəş Şəhəri - Remastered
2 O Dönəcək (Demo Home Recording) - Remastered
3 Sən Kimsən - Remastered
4 Labirint - Remastered
5 Mahnılar Bilir Kimə Yazılır - Remastered
6 H.O.S.T'U Qovun - Remastered
7 Inanma - Remastered
8 O Dönəcək - Remastered
9 Ritm'I Tasavvuf - Remastered
10 Adını Günəş Qoyacaq - Remastered
11 Dinlə Və Yoz - Remastered
12 Mən Dəyişəcəm - Remastered
13 Sərhədlər Var - Remastered
14 Bəstəkar - Remastered
15 Dövr'I Intihar - Remastered
16 Qurtul - Remastered
17 Oyun (feat. Ayka & Orkhan Zeynalli) [Remastered]
18 Bir Də Başdan (Remastered)
19 Tanqo (Remastered)
20 Pəncərə (feat. Orkhan Zeynalli) [Remastered]
21 40-Сı Qapı (Alterego H.O.S.T) [feat. Orkhan Zeynalli] [Remastered]
22 Boyfriend & Girlfirend (Remastered)
23 Bura Bakıdır (feat. Miri Yusif) [Remastered]
24 Pıçıltı (Remastered)
25 Biləcəridən O Tərəfə (Bonjour Glamour) [feat. Səbinə Babayeva] [Remastered]
26 Məsafə (feat. Səbinə Rəhimova) [Remastered]
27 Sözü At (feat. Albay Əfəndi & Monk Sommbra) [Remastered]
28 Show Must Go On (feat. Sailor) [Remastered]
29 Mikrofon Biznesi (feat. Sailor) [Remastered]
30 #Icmal1 (Remastered)
31 Illuziya (Bonus Track) [feat. Orkhan Zeynalli & Səbinə Rəhimova] [Remastered]




Attention! N'hésitez pas à laisser des commentaires.