Orkhan Zeynalli feat. Gulnar - Qorxma Özündən текст песни

Текст песни Qorxma Özündən - Orkhan Zeynalli feat. Gulnar



Bizə öyrədiblər oyanmaq lazımdı səhər tezdən
Təhsil, kariyera, uğur həyatda bitmir pillələr
Bizə öyrədiblər ki, dürüstlük əsas dəyərdi
Valideynlər, doğmalar, qonşular müəllimlər
Bizə öyrədiblər ki, siqaret həm içki ziyandı
Siqaret çəkən qardaşlar, içki içən atalar...
Bizə öyrədiblər ki, tələsməlisən həyat dayanmır
Sən geciksən olmur gecikən qatarlar
Gün çıxanda gizlən, yağışda çətir gəzdir
Dözməyi bacar axı ancaq zəiflər çətin dözür
Çəkin müdirindən, işini itirməkdən daim qorx
Susmağı bacar, lazım deyilsə demə sözün düzün
Göstəmə əsl üzün səmimilik pis cəhətdi
İnsanlar yalançı olur bizə öyrədiblər həmişə
Ürəyin ağrımasın kimisə görüncə dərdli
Bizə öyrədiblər həmişə, bizi öyrədirlər həmişə
Çevrilir hədəflər arzulara
Adamda tək ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bəs indi kimə inanaq, nəyə inanaq
Bizə öyrətmiyiblər ölüm bir gün döyəcək qapını
Həyat məktəb deyil ki mümkün olsun son partada gizlənmək
Bizə öyrətmiyiblər ailə qurmaq oyuncaq deyil
Əsas sevgidi nəinki kağıza qol çəkmək
Bizə öyrətmiyiblər həyat bəzən olur alçaq
Sən əzab çəkən şəhərdə keyf edir hansısa alçaq
Sən demə qayğını verirmiş dövlət borca
Sən böyüdükcə səndən tez böyüyür borclar
Bizə öyrətmiyiblər xoşbəxtliyimizə gedən yol
Sən demə keçir qəlblərdən yox hava limanından
Bir gün dönər inamından səmada hay-küy çıxsa
Bizə öyrətmiyiblər edəy dost nankor çıxsa
Öyrədə bilməsə həyatı kitablar valideynlər
Əsas atdığın addımlar sabah atacağın
Həyat kosmosdu qərarlarımız teleskop
Gələcək təyin edir hansı tərəfə baxacağını
Çevrilir hədəflər arzulara
Adamda tək ümid mahnılara
Hardadı düz, harda yalanlar
Bəs indi kimə inanaq, nəyə inanaq



Авторы: Orxan Zeynallı


Orkhan Zeynalli feat. Gulnar - Qravitasiya
Альбом Qravitasiya
дата релиза
15-05-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.