Orkhan Zeynalli - Böyük Ümidlər текст песни

Текст песни Böyük Ümidlər - Orkhan Zeynalli



Doğulmaq yadımızdan çıxardığımız ilk addımdır
Necə ki, qalmır yadda ilk öpüş, ilk laylalar
Birgün qabaq yox idin, bugün isə həyatın var
Heyif olmur qoymaq şərt doğulacam, olsa qayğılar
Axmamış yaş qədər təmiz qucağda böyümək hissi
Adam qayıdıb keçmişə, yenidən böyümək istəyir
Biz axı göylərin sevən qəlblərə hədiyyəsi idik
Onların yerinə bütün xoşbəxtliklərə diyəsi idik
Zaman heçnəyi gizlətmir,
Zaman heçnəyi sağaltmır, zaman göstərir sənə xoşbəxtliyi o sağaltmır
Biz bəzən şəfəqləri bitişdirib edirik parıltı
Bəzənsə parçalanan qaya arasında son qırıntı
Gözünü yum qorxma birazdan bitəcək səslər
Küsmə taleyindən o heçnəyi etmir qəsdən
Azalacaq səslər, azalacaq səslər
Valideyn səsi azaldıqca azalacaq səslər
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Valideyn davaları dəriyə hopmuş yaralar kimidir
Ağrılar qalsa da keçmişdə nəticə göz önündədir
Bu günün ən uzaq vaxtlardan, yapışacaq ayaqlardan
Bu sevgili deyil, dərd verəndə deyəsən səhv özümdədir
Seçim olmur heçkim kimsə doğulur çirk içində
Kimsə nazir ailəsində var-dövlət, mülk içində
Kimsə son anda abort etməyən tək anayla
Kimsə sevgi ocağında həyatı bənzəyir bəlkə nağıla
Analar var qalıb baş-başa yadigar baş daşıyla
Ömründən kəsib böyütdüyü övlad əvəz olunur baş daşıyla
Uşaqlar var valideyn əvəzi böyüyüb qardaşıyla
Doğmalaşıb artıq soyuq küçədəki hər daşıyla
Gecədən qalma yaşıyla səhər məktəbə getmək
Çətin idi özgələrdən qayğı tələb etmək
Çətin idi xoşbəxtlərin arasında qarışıb azmaq
Çətin idi "mənim ailəm" mövzusunda inşa yazmaq
Dizimi qucaqlayıb dinlədim o səsləri
Gözümü bağlayıb dinlədim o səsləri
Yastıqlar gizlədəndə o səsləri
Gələcək nəsillərə böyük nifrət bəsləyir



Авторы: Nadir Huseynov, Orxan Zeynallı


Orkhan Zeynalli - Qravitasiya
Альбом Qravitasiya
дата релиза
15-05-2016




Внимание! Не стесняйтесь оставлять отзывы.