Elnur Məmmədov - Azərbaycan Qadını Songtexte

Songtexte Azərbaycan Qadını - Elnur Məmmədov




Sevgidən doğulmuş bir saf incisən
Ürəyin ən şirin təbəssümüsən
Bənzərin də yoxdur, sən yeganəsən
Azərbaycan qadını, sən bir incisən
Sevgidən doğulmuş bir saf incisən
Ürəyin ən şirin təbəssümüsən
Bənzərin də yoxdur, sən yeganəsən
Azərbaycan qadını, Azərbaycan qadını
Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycan qadını, Azərbaycan qadını
Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycanın Mehriban qadını
Qarşında baş əyir qürurlu dağlar
Çiçəklər həsədlə sənə baxarlar
Adın çəkiləndə durular sular
Azərbaycan qadını, sən gözəlliksən
Köməyə çatırsan hər saat, hər an
Səni düşündükcə fəxr edir insan
Xalqına Tanrıdan gələn bir paysan
Azərbaycan qadını, sən Mehribansan
Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycan qadını, Azərbaycan qadını
Ən gözəl arzular qoy sənin olsun
Ən gözəl dualar sənin olsun
Ömrün qəlbin kimi nurla boyansın
Azərbaycan qadını, sən Mehribansan



Autor(en): Ilhamə Adilqızı, Leyli Erol



Attention! Feel free to leave feedback.