Eyyub Yaqubov - Bakı Küləyi Songtexte

Songtexte Bakı Küləyi - Eyyub Yaqubov




Könlümdəki payızı ilk bahara çevirdi
Çiçəkləri ruhuma səpdi Bakı küləyi
Səhərlərin mehini içimdə əsdi, keçdi
Sevgimi təzələdi bizim Bakı küləyi
Bəmi azdır, zili çox
Deyiləsi sözü çox
Bu yerlərin nəğməsi
Bizim Bakı küləyi
Küləyi...
Qəlbimin atəşinə
Dalğaların səsinə
Xəzərin nəfəsinə
Çevril, Bakı küləyi
Saçlarımı darayan
Anamın əllərinə
Sevgi təranəsinə
Çevril, Bakı küləyi
Saçlarımı darayan
Anamın əllərinə
Sevgi təranəsinə



Autor(en): Aygün Səmədzadə, Hilal Həsənoğlu


Attention! Feel free to leave feedback.