Anar Nağılbaz - Leyla Və Məcnun Lyrics

Lyrics Leyla Və Məcnun - Anar Nağılbaz



Leyla
Leyla
Məcnun
Leyla
Leyla
Məcnun
Leyla
Məcnun
Leyla
Məcnun
Odlar ölkəsində bir kişi varmış
Çoxmuş el içində onun şöhrəti
Aradan yadigar adı Vüqarmış
Var imiş adıtək böyük dövləti
Bir dərdi var imiş dünyada ancaq
Xeyirxahlıq ilə qazanacaq şan
Bütün dövlətinə sahib duracaq
Qocalıb düşəndə əlindən tutan
Bir övlad istərmiş qeyrətli oğul
Görəndə yanında kül olsun paxıl
Açdı xəzinənin başını bir gün
Qurbanlar kəsdirdi, bişirtdirdi
Pulu çatmayana elədi düyün
Qoydu arvadıyla bir yastığa baş
Kasıb ocaqlara bayram olanda
Allaha xoş gedibdir bu iş, bu əməl
Doqquz ay doqquz gün tamam olanda
Bir oğlan yetirdilər mələklər həmən
Verdi atasının adını ona
Sevənlər uşağa Qeysər dedilər
Bir yaşda bənzəri vardı tərlana
Qədəmin qoyanda uçurdu Qeysər
Leyla
Leyla
Məcnun
Leyla
Leyla
Məcnun
Leyla
Məcnun
Leyla
Məcnun
Yeddi il həftətək ötüb keçdi
Qeysərin üzündən öpüb keçdi
Qeysərin yanında göyçək birisi
Əyləşib dinləyir deyilən dərsi
Adı isə Leyladır, o qəşəng qızın
Yanağı da dağ laləsi yazın
Gizlincə baxışır Qeysərlə Leyla
Hərdən pıçıldaşır Qeysərlə Leyla
Artır bu istilik keçdikcə zaman
Qeysər Leylaya bağlanır yaman
Şeirlər yazmağa başlayır Qeysər
Ona həsr olunmuş bütün şeirlər
Dost-tanış olmaqdan Qeysərə həmdəm
Ona Məcnun deyib gətirdilər qəm
Leylanın atası eşidib bunu
Kəsdirdi Qeysərin bir gün yolunu
Dedi ki, gözlərim gəlibdir qana
Bir yaxın durma mənim Leylama
Hələ ki, xoşluqla deyirəm sənə
Bir xəbər çatmasın yenə mənə
Özüm bilərəm ki, neyləyərəm
Birbaşa atana söyləyərəm
Atanı tanıyıram, hörmətli insan
Hər yerdə, hər yanda şöhrətli insan
Eşitsə deyər, onun tək oğlu
Onun bu gül oğlu, bu çiçək oğlu
Bu yaşda başlayıb eşqbazlığa
Baş qoymaq istəyir qızla yastığa
Gözləri yaşardı, Məcnun dinmədi
Ağzın açıb bir söz deyə bilmədi
Ayıldı maşının gur səsinə o
Qarışdı məktəbli kütləsinə o
Belə görüşməmiş Məcnun yarıyla
Onu yola saldı baxışlarıyla
Leyla
Leyla
Məcnun
Leyla
Leyla
Məcnun
Leyla
Məcnun
Leyla
Məcnun
Qaranlıq düşübdür gözəl bir axşam
Bakıda yaman gözəldir axşam
Leyla çəkilibdir öz otağına
Baxır sevdiyinin yazdıqlarına
Leyla, Leyla, Leyla
Dünyalarca səni sevirəm
Leyla, Leyla, Leyla
yazıq yazılmış həyatımıza qəm
Leyla, Leyla, Leyla
Dünyalarca səni sevirəm
Leyla, Leyla, Leyla
yazıq yazılmış həyatımıza qəm
De bir, yadındadırmı əhd etdiyimiz
Bir olacağımıza vəd etdiyimiz
Yaddan çıxmadısa, ol mənə həmdəm
Bir gənc ... bu dərd-qəm
Qaçaq gizlənək lap günü sabah
Özü kömək olar bizlərə Allah
Əsas atandır ki, soyusa hirsi
Heç nədə günahkar bilməsə bizi
Daha deyilənə fikir verməsə
Daha beyninə pis fikir girməsə
Onda rahat-rahat dönərik evə
Xoşbəxt yaşayarıq biz, sevə-sevə
Xoşbəxt yaşayarıq biz, sevə-sevə
Leyla
Leyla
Məcnun
Leyla
Leyla
Məcnun



Writer(s): Anar Nağılbaz


Anar Nağılbaz - Sabah Olmayacaq
Album Sabah Olmayacaq
date of release
28-03-1997



Attention! Feel free to leave feedback.