Arzu Əliyeva - Küsüb Getdi Lyrics

Lyrics Küsüb Getdi - Arzu Əliyeva

Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir yarım qapımızdan keçəcək?

Küsüb getdi yarım mənim, yollar batdı dumana
Axı niyə öz eşqimi düz demədim mən ona?
Axı niyə öz eşqimi düz demədim mən ona?
Göydəki o tənha ulduz sanki məni andırır
Düşündükcə hicran odu ürəyimi yandırır
Düşündükcə hicran odu ürəyimi yandırır
Bəlkə indi qəm içində baxır o da yollara
Axı niyə öz eşqimi düz demədim mən yara?

Baxacaqmı, görən, gəlib pəncərəmə bir yar?
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar
Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar
Göy üzündə Ay dolanır, yerdə gülür gül-çiçək
Görən, haçan bir yarım qapımızdan keçəcək?
Görən, haçan bir yarım qapımızdan keçəcək?
Görən, haçan bir yarım qapımızdan keçəcək?

Attention! Feel free to leave feedback.