Arzu Əliyeva - Sına, Yar Lyrics

Lyrics Sına, Yar - Arzu Əliyeva



Ay işıqlı, göy ulduzlu, yol aydın
Könlüm evi çıraqbandır bu gecə
Ay işıqlı, göy ulduzlu, yol aydın
Könlüm evi çıraqbandır bu gecə
bir çiçək, bir yarpaq solaydı
inciyib yardan küsən olaydı
bir çiçək, bir yarpaq solaydı
inciyib yardan küsən olaydı
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına, yar, qına, yar
Bizi bir gün ayrı görsə yağılar
Könlüm sənin həsrətindən dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyələr, - çox olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyələr, - çox olar
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına, yar, qına, yar
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir
Dünya-aləm bütün gözələ dönsə
Mənim gözüm, mənim könlüm səndədir
Dünya-aləm bütün gözələ dönsə
Mənim gözüm, mənim könlüm səndədir
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına, yar, qına, yar
Bizi bir gün ayrı görsə yağılar
Könlüm sənin həsrətindən dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyələr, - çox olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyələr, - çox olar
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına, yar, qına, yar
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına, yar, qına, yar
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, ay, vəfasız
Onda məni qına, yar, qına, yar
Onda məni qına, yar, qına, yar
Könlüm olubdur mail ol yarə, neyləyim mən?
Oldum onun qəmindən biçarə, neyləyim mən?
Bir dərdə, aman, aman, yar... Ay yar
Bir dərdə düşmüşəm ki, zalım, sənin qəmindən
Gəlsə təbib də, tapmaz bir çarə, neyləyim mən?
Ey dad... Ey dad... Ey dad
Yar... Yar... Yar, yar, ay yar, aman




Arzu Əliyeva - İfalar, Vol. 2
Album İfalar, Vol. 2
date of release
25-05-2023




Attention! Feel free to leave feedback.