Ayaz Babayev - Buyur, Yanımda Əyləş Lyrics

Lyrics Buyur, Yanımda Əyləş - Ayaz Babayev



Demə mənə sən keçmişini
Qayıtmayım uzaqlara
Açma mənə sirlərini
Dinlə məni, vermə zəhmət dodaqlara
Gülərkən üzün qan ağlayır için
Dinərkən telində qırılır səsin
Elə sarılmısan ki boynuma mənim
Sanki məndən başqa yoxdur heç kəsin
Buyur yanımda əyləş, bir az dərdləşək
Amma sən səssiz qal, qoy yalnız mən danışım
Bir dəniz, bir bulud, bir ki şimşək
Yağdırsın yağışı, itsin göz yaşım
Gülərkən üzün qan ağlayır için
Dinərkən telində qırılır səsin
Elə sarılmısan ki boynuma mənim
Sanki məndən başqa yoxdur heç kəsin
Elə fərz elə ki, aramızda hər şey yalan
Mənə fərq eləmir, hər qədər keçsə zaman
Sənə sözüm kalan, yenə yandım aman!
Bil, ayrılığın hər şeydən daha yaman
Dodaqlarımda hələ dadın qalıb
Həyatımda heç kim yox, bir qadın qalıb
Boş, mənasız yaşadığım ömrümdə
İnan ki, tək sənin adın qalıb
Elə fərz elə ki, aramızda hər şey yalan
Mənə fərq eləmir, hər qədər keçsə zaman
Sənə sözüm kalan, yenə yandım aman!
Bil, ayrılığın hər şeydən daha yaman
Buyur yanımda əyləş, bir az dərdləşək
Amma sən səssiz qal, qoy yalnız mən danışım
Bir dəniz, bir bulud, bir ki şimşək
Yağdırsın yağışı, itsin göz yaşım



Writer(s): əhməd Mustafayev, Samir Quliyev


Ayaz Babayev - Buyur, Yanımda Əyləş
Album Buyur, Yanımda Əyləş
date of release
14-04-2018




Attention! Feel free to leave feedback.