Aygün Kazımova - Yarpaqlar Tökülür Lyrics

Lyrics Yarpaqlar Tökülür - Aygün Kazımova



Yarpaqlar tökülür, ömürdən düşür,
Al-əlvan fəsillər boz illər kimi.
Yarpaqlar tökülür qara saçlarım,
Ağarır-saralır xəzəllər kimi
Yarpaqlar tökülür çılpaq budaqlar,
Başını qaldırıb Günə dikəndi.
Göründü sinədə bozaran dağlar,
Mənim eşqimin payızı gəldi...
Yarpaqlar tökülür, susub lal olub.
Dağlardan süzülən ayna bulaqlar.
Yarpaqlar tökülür bir xəyal olur,
O ötən əyanlar, fərəhli çağlar.
Yarpaqlar tökülür, saralır bütün.
Örüşlər, cığırlar, yollar, yamaclar.
Yarpaqlar tökülür susub günbəgün,
O tağlı, nəğməli, səsli ağaclar.
Yarpaqlar tökülür çılpaq budaqlar,
Başını qaldırıb Günə dikəndi.
Göründü sinədə bozaran dağlar,
Mənim eşqimin payızı gəldi...
Yarpaqlar tökülür, susub lal olub.
Dağlardan süzülən ayna bulaqlar.
Yarpaqlar tökülür bir xəyal olur,
O ötən əyanlar, fərəhli çağlar.



Writer(s): Bəxtiyar Vahabzadə, Eldar Mansurov


Attention! Feel free to leave feedback.