Brilliant Dadaşova - Əlvida Sevgilim Lyrics

Lyrics Əlvida Sevgilim - Brilliant Dadaşova



Əlvida, sevgilim, mən gedirəm
Sabaha ümidlər bəsləmə
Özüm bilmirəm edirəm
Sən məni bir daha səsləmə
Səni mən bir daha görməsəm
Taleyin hökmü ilə barışma
Geriyə, yanına dönməsəm
Mənsiz olmağına alışma
Əlvida, sevgilim, gedirəm
Həsrətin mənə vermir aman
Yaşanmış günlərin nisgili
Artacaq hər zaman
Əlvida, sevgilim, gedirəm
Körpüsüz sahilə dönmüşəm
Kim bilir başına gələni?
Bəxtimdən küsmüşəm
Nigaran, nigaran baxışlarla
Mən gedən yolları izləmə
Taleyin vurduğu naxışlarla
Bəzənmiş həyatı pisləmə
Əlvida, sevgilim, mən gedirəm
Kaş səninlə qalmaq olaydı!
Səni yox, özümü tərk edirəm
Kaş səninlə həyat dolaydı
Əlvida, sevgilim, gedirəm
Həsrətin mənə vermir aman
Yaşanmış günlərin nisgili
Artacaq hər zaman
Əlvida, sevgilim, gedirəm
Körpüsüz sahilə dönmüşəm
Kim bilir başına gələni?
Bəxtimdən küsmüşəm
Əlvida, sevgilim, gedirəm
Həsrətin mənə vermir aman
Yaşanmış günlərin nisgili
Artacaq hər zaman
Əlvida, sevgilim, gedirəm
Körpüsüz sahilə dönmüşəm
Kim bilir başına gələni?
Bəxtimdən küsmüşəm



Writer(s): Fərhad Bədəlbəyli, Nərgiz Paşayeva


Brilliant Dadaşova - Əlvida Sevgilim
Album Əlvida Sevgilim
date of release
13-04-2022




Attention! Feel free to leave feedback.