Eldar Mansurov - Sən Demə Təzədən Sevmək Olarmış Lyrics

Lyrics Sən Demə Təzədən Sevmək Olarmış - Eldar Mansurov feat. Almaz Ələsgərova




Ürək bulud kimi boşalırsa da
Demək, bulud kimi təzədən dolur
Sonuncu şöləsi titrəyən şamla
Ayrı bir şamı da yandırmaq olur
Sən demə, təzədən sevmək olarmış
Tale təzədən gülə bilərmiş
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşman-peşman dönə bilərmiş
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan?
Sən demə, hər zaman sevmək olarmış
Çıxarsan qəlbindən ötən sevgini
Bir gün tənhalıq sıxacaq səni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin
Sən demə, təzədən sevmək olarmış
Tale təzədən gülə bilərmiş
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşman-peşman dönə bilərmiş
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan?
Sən demə, hər zaman sevmək olarmış
Sən demə, təzədən sevmək olarmış
Tale təzədən gülə bilərmiş
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşman-peşman dönə bilərmiş
Mən ki görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan?
Sən demə, hər zaman sevmək olarmış



Writer(s): Eldar Mansurov, Nüsret Kesemenli



Attention! Feel free to leave feedback.