Eldar Mansurov - Yarpaqlar Tökülür Lyrics

Lyrics Yarpaqlar Tökülür - Eldar Mansurov feat. Almaz Ələsgərova




Yarpaqlar tökülür ömürdən düşən
Al-əlvan fəsillər, boz illər kimi
Yarpaqlar tökülür, qara saçlarım
Ağarır saralan xəzəllər kimi
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb göyə dikəldi
Göründü sinədən bozaran dağlar
Mənim eşqimin payızı gəldi
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar
Yarpaqlar tökülür, saralır bütün
Örüşlər, cığırlar, yollar, yamaclar
Yarpaqlar tökülür, susur günbəgün
Dodağı nəğməli, səsli ağaclar
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb göyə dikəldi
Göründü sinədən bozaran dağlar
Mənim eşqimin payızı gəldi
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar
Yarpaqlar tökülür, susub lal olur
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyyamlar, fərəhli çağlar



Writer(s): Bəxtiyar Vahabzadə, Eldar Mansurov



Attention! Feel free to leave feedback.