Eldar Mansurov feat. İlhamə Quliyeva - Mən Qurbanam Lyrics

Lyrics Mən Qurbanam - Eldar Mansurov




Çoxdandır, düşmüşdüm mən səndən uzaq
Gəlişin qəlbimdə yandırdı çıraq
Küskün baxma belə, öpüm, barışaq
Küskün baxışına mən qurban olum
Çoxdandır, düşmüşdüm mən səndən uzaq
Gəlişin qəlbimdə yandırdı çıraq
Küskün baxma belə, öpüm, barışaq
Küskün baxışına mən qurban olum
Eşqinlə həmişə çağlayır ürək
Mənim alagözlüm, ürəyi kövrək
Gəl belə boylanma sən ürkək-ürkək
Ürkək baxışına mən qurban olum
Eşqinlə həmişə çağlayır ürək
Mənim alagözlüm, ürəyi kövrək
Gəl belə boylanıbsan ürkək-ürkək
Ürkək baxışına mən qurban olum
Ala gözlərinin ulduz yağışı
Döndərər qəlbimdə bahara qışı
Sənə rast gəldiyim tale naxışı
Tale naxışına mən qurban olum
Ala gözlərinin ulduz yağışı
Döndərər qəlbimdə bahara qışı
Sənə rast gəldiyim tale naxışı
Tale naxışına mən qurban olum
Darıxsan, sən məni görüşə çağır
Tək qalan özünü gərəksiz sanır
Güləndə gözündən ulduzlar yağır
Ulduz yağışına mən qurban olum
Darıxsan, sən məni görüşə çağır
Tək qalan özünü gərəksiz sanır
Güləndə gözündən ulduzlar yağır
Ulduz yağışına mən qurban olum
Eşqinlə həmişə çağlayır ürək
Mənim alagözlüm, ürəyi kövrək
Gəl belə boylanma sən ürkək-ürkək
Ürkək baxışına mən qurban olum
Darıxsan, sən məni görüşə çağır
Tək qalan özünü gərəksiz sanır
Güləndə gözündən ulduzlar yağır
Ulduz yağışına mən qurban olum



Writer(s): Eldar Mansurov, Ismayıl Dadaşov, Tufan Tərlanoğlu


Attention! Feel free to leave feedback.