Elvin Nasir - Gülüm Lyrics

Lyrics Gülüm - Elvin Nasir



Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm
Mürği-dil boylanar hərdən qara xalın tərəfə
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm
Gül ki ey qönçə dodağlım ki,baxım mən gülüm
Ürəyim şad olsun, gözümdə nəm gülsün
Sənin ol gülüşlərin, cəhənnəmdə sərin sudur
Gülümsə bircə dəfə, əhli cəhənnəm gülsün
Yanaqda qəmzələrin, sərxoş edir aşiqini
Mənə eşqin şərabın süz, bu qərib, dəm gülsün
Eşqidir Adəmi buğdayə tərəf sövq eləyən
Gülümsə Həvva üçün ki, baxıb Adəm gülsün
Mən ki bir dünya yaratdım, içi insan doludur
İstədim bəni Adəm, bir dəfəlik, cəm gülsün
Sən demə hər biri eşqinlə doğulmuş cahana
Gül ki, ey qönçə dodaqlım, bütün aləm gülsün
Yazdığım misralar, dostum olub yoxluğunda
Gül ki ey qönçə dodaqlım, mənə həmdəm gülsün
Neçə pərvanələr qeybə çəkilmiş deyəsən
Bir dəfə eylə təbəssüm,əriyən şəm gülsün
Təbibin dərmanı bezmiş, sinəmdə yarəmdən
olar,bircə dəfə gül ki, bu məlhəm gülsün
Bu dünya qaranlıqdır, dərdlərimin kölgəsindən
Gülümsə, bütün dünya, mənimlə bahəm gülsün
Bir adam qədər içər, eşq şərabın, tək başına?
Eşqimin sahibi, gül, əlimdə badəm gülsün
İçimdə alovlarımdır, gözümdə yaş tək axır
Gül ki ey qönçə dodağlım, bu yanar qəm gülsün
Mənə ilhamı verən Rəbbə şükürlər olsun
Gül ki,ey qönçə dodaqlım, belə mülhəm gülsün
Yığışıb bütün duyğular eşqin matəminə
Gülümsə, yas bitsin, qoy əhli-matəm gülsün
Gül ki, ey qönçə dodaqlım ki baxım, məndə gülüm
Tanrı bir başqa gözəllik yaradıb səndə gülüm
Mürği-dil boylanar hərdən qara xalın tərəfə
Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm



Writer(s): Elvin Nasir


Elvin Nasir - Gülüm
Album Gülüm
date of release
02-06-2021




Attention! Feel free to leave feedback.