Eyyub Yaqubov - Unutdun Lyrics

Lyrics Unutdun - Eyyub Yaqubov



Taleyimdən çıxıb gedəndən bəri,
Sildin yaddaşından xatirələri.
Dəfn etdin bu eşqi sən diri diri,
Unutdun məni.
Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar.
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Od olan qəlbini buza dəyişdin,
Son payız ömrünü yaza dəyişdin.
Müqəddəs andını sözə dəyişdin,
Unutdun məni.
Məni ağlar qoydu zalım intizar,
Yerlər də, göylər edir ahu-zar.
Ürək əzablardan olubdur bezar,
Qələm göz yaşıyla bircə söz yazar.
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun məni.
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.
Hee-eee-eey.
Unutdun, mənli xatirələr solub saraldı,
Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
Unutdun, unutdun məni.



Writer(s): Nadir əzimov, Rəsmiyyə Sabir


Eyyub Yaqubov - Eyyub Yaqubov, Vol. 5
Album Eyyub Yaqubov, Vol. 5
date of release
22-01-2008




Attention! Feel free to leave feedback.