F'rhyme - Sərxoş Nəzakəti Lyrics

Lyrics Sərxoş Nəzakəti - F'rhyme



Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi
Cənnət bir metr uzaqda
Ora girməyin formulu cibimdədir
Amma çevrilirəm qorxduğum birilərinə ilbəil
Çətin gəlir sona çatmaqçün addımlamaq
Hər boş məsafəni
Bağışla, afətim, mənimki siyasi yalançılıq
Mənəvi oğurluq
Narkoman səliqəsi sərxoş nəzakətidir
Amma bilmədiyimi dilə gətirmərəm
Mən qətiyyən həm bu
Dünyanın beyin qapağıma sığmama problemidir
Məncə, klostrofobiyamı tətikləyən
Ən qəlizi bu dairənin izahına varmaqdır
Ən dözülməz olansa yan oturacaqda
Oturub sürücünün insafına qalmaqdır
Olduqca təbiidir haqqını axtaran gəncliyin azması
Toplumun gözünü bağlayıb
Ağzını yemləmək sadəcə vicdan masturbasiyası
Gəzdirirəm üstümdə meqamozq
Təcili daha günəşli iqlimə etməliyəm teleport
Qurtara bilməz cümləmi metafor
Ruhumu metadon
Bu quyunun ətrafında gəzmirəm
Olduqca dibindəyəm
Məhkumam boğulduqca dirilməyə
Mənim sağ böyrəyim daha çox yaşamağı təklif edir
Sol böyrəyim otkaz gedir, yəqin ki səbəbi
Yaşımla yaşanmışların arasındakı aşılmış sürət həddi
Cənnət bir metr uzaqda
Ora girməyin formulu cibimdədir
Amma çevrilirəm qorxduğum birilərinə ilbəil
Çətin gəlir sona çatmaqçün
Addımlamaq hər boş məsafəni
Siyasi yalançılıq
Narkoman səliqəsi sərxoş nəzakəti




F'rhyme - MUTANT
Album MUTANT
date of release
19-08-2022




Attention! Feel free to leave feedback.