Fikrət Əmirov feat. Islama Abdullayeva & Fatima Aliyeva - Gülərəm, Gülsən Lyrics

Lyrics Gülərəm, Gülsən - Islama Abdullayeva



Gözlərim o qara gözə bənd oldu
Saçların boynuma bir kəmənd oldu
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən
Dərdimi söylədim divara-daşa
Hicran saatları çatmayır başa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Nəğmələr qoşa
Sevirəm, səninəm, qorxma heç kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
İnan sözlərimə, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən



Writer(s): Fikret Emirov, Məmməd Səid Ordubadi


Fikrət Əmirov feat. Islama Abdullayeva & Fatima Aliyeva - Azerbaijani Music
Album Azerbaijani Music
date of release
05-12-2020




Attention! Feel free to leave feedback.