MadTeen feat. Barss - Nə Olar Lyrics

Lyrics Nə Olar - MadTeen , Barss



Dönmə olar
Birdəfəlik getsən olar?
Acığıma etmə, olar!
Sevincini görsəm, olar?
Bir tərəfim vecsiz dolanar
Bəlkə ən doğrusu bu olar
Bir geri dönmə, olar!
Gözlərimdə ölmə, olar!
Gecələr möhlət istərəm tanrıdan, mən yaşayım ki
Görüm o, mənsiz başqa arzularda necə yaşayır
Bu can bədəndə varkən agrılarını qəlb daşıyır
O incə barmaqların başqa üzüyü necə daşıyır?!
qədər qayıtdım ki, qaytaram amma qayıtmadı
Sən artıq çox uzaqdasan, çətindir qayıtmağın
Halbuki, qürurumu belə tapdaladım şahid qadın
Bütün şəkilləri silsəm də, yadda qalıb adın
Desəm "unutmuşam" inanma mənə, yalan deyirəm
Bilirəm unutmamısan, hisslərim yalan demir
O, qəlbi tərk edib gedər, orada çox qalan deyiləm
Kül olmuş o hisslər əvvəlkitək yanan deyil
Heç vaxt düşünməzdim ürəyimə sən dağ olasan
Bəlkə son duamdır sənə, "xoşbəxt yar olasan"
Getdiyin o yolların izinə yağan qar olasan
Mən cəhənnəmdəyəm ki, cənnətimin bağı olasan
Dönmə olar
Birdəfəlik getsən olar?
Acığıma etmə, olar!
Sevincini görsəm, olar?
Bir tərəfim vecsiz dolanar
Bəlkə ən doğrusu bu olar
Bir geri dönmə, olar!
Gözlərimdə ölmə, olar!
Zülmətim üzümdə gedirəm, gedirəm
Necə çətin seçimlə üz-üzə qoydun məni sən
Əslində, ağlamaq, üzülməkdə deyiləm
Sadəcə illərimə heyfim gəlir itirmişəm
Bu qəlbim, əllərim üşüyüyür, titrəyir
Bu qırıqları bərpa etmək üçün itməliyəm
Bu yayı cəhənnəm, gecəmi yuxusuz
Gözlərimdə yorğunluğu mənə sən bəxş etmisən
Dönmə olar
Birdəfəlik getsən olar?
Acığıma etmə, olar!
Sevincini görsəm, olar?
Bir tərəfim vecsiz dolanar
Bəlkə ən doğrusu bu olar
Bir geri dönmə, olar!
Gözlərimdə ölmə, olar!



Writer(s): Black Water Beat, Elcan Məmmədli, Elvin Həsənov, Metin Huseynzade


MadTeen feat. Barss - Nə Olar
Album Nə Olar
date of release
22-12-2021




Attention! Feel free to leave feedback.